"Albalı bağı"
əsasında "Birinci
akt"a ictimai baxış olub
"Yuğ" Dövlət Teatrında Anton Çexovun
"Albalı bağı"
əsəri əsasında
rejissor Vaqif İbrahimoğlunun quruluş
verdiyi "Birinci akt" tamaşasına ictimai baxış keçirilib.
"Birinci akt" Mədəniyyət və
Turizm Nazirliyinin dövlət sifarişi proqramına əsasən hazırlanıb və bu, teatrın 72-ci səhnə işidir. 20 illik fəaliyyəti ərzində "Yuğ"
Teatrı böyük
rus yazıçısının
yaradıcılığına dördüncü dəfə
müraciət edir.
İndiyədək Çexovun əsərləri
əsasında teatrda
"Sentimental vals", "Təklif" (rejissor Vaqif İbrahimoğlu) və "Formalar" (rejissor Gümrah Ömər) adlı tamaşalar hazırlanıb.
"Birinci akt"da hadisələr bir malikanənin ətrafındakı
albalı bağında
cərəyan edir. Bu bağa görə iki tayfa arasında
tez-tez mübahisələr
düşür. Tayfalardan biri
bağın qorunmasının,
digəri isə dağıdılmasının tərəfdarıdır.
Nəticədə bağın məhv
edilməsi hər iki tərəfin mübahisəsinə son qoyur.
Rolları Sonaxanım
Mikayılova, Oqtay Mehdiyev, Məmməd Səfa, Kamran Yunis, Mətanət Abbasova, Natəvan Qeybani və başqaları ifa edirlər. Rəşid Şerifin quruluşçu
rəssam kimi əmək sərf etdiyi tamaşada Pyotr Çaykovskinin "İlin fəsilləri"
əsərindən istifadə
olunub. Səhnə əsərinin premyerası
mayın 3-nə planlaşdırılıb.
Sevinc MÜRVƏTQIZI