Qətərin səfiri Dövlət
Sosial Müdafiə Fondunda olub
Qətər dövlətinin
Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Mübarək bin Fəhd Cəsim Əl-Səni Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə Fondunda olub. Diplomata
Fondun müasir tələblərə uyğun qurulan iş
şəraiti ilə bağlı ətraflı məlumat
verilib. Fondun ictimaiyyətlə əlaqələr sektorundan
daxil olan məlumata görə, DSMF sədri Səlim
Müslümov qonağı mərkəzləşdirilmiş
idarəetmə, fərdi uçotun
avtomatlaşdırılması sistemləri, tədris
otağı, sosial sığorta şəhadətnamələrinin
çapı mərkəzi, müasir avadanlıqla təchiz
olunmuş arxivlə yaxından tanış edib.
"Sığorta-pensiya
sahəsində həyata keçirilən islahatlardan bəhs
edən S.Müslümov vurğulayıb ki, əhalinin pensiya təminatının
qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən
qurulması ölkəmizdə həyata keçirilən
sosial-iqtisadi siyasətin strateji istiqamətlərindəndir. 2006-cı
ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə
özünü doğrultmuş üçpilləli struktura əsaslanan
əmək pensiyaları sisteminin fəaliyyətdə
olduğunu deyən S.Müslümov diplomatın diqqətinə
çatdırıb ki, yeni sistemin fəaliyyəti
dövründə əmək pensiyalarının istər
minimal məbləği (baza hissəsi), istərsə də
orta aylıq məbləği əhəmiyyətli şəkildə
artmışdır. Sığorta-pensiya sistemində həyata
keçirilən islahatlar nəticəsində məcburi
dövlət sosial sığortada fərdi uçot sistemi
yaradılıb, vətəndaşların pensiya təminatının
fərdi uçotun məlumatları əsasında
aparılması həyata keçirilmiş və beləliklə
də pensiya təminatında sığorta prinsiplərinə
keçid təmin olub.
S.Müslümov bildirib
ki, məcburi dövlət sosial sığorta haqları
hesabına ödənilən müavinətlərin təyin
olunması və uçotunun avtomatlaşdırılması
da qarşıda duran əsas vəzifələrdəndir. Bu məsələnin
həlli üçün artıq kifayət qədər
iş görülmüş,
avtomatlaşdırılmış iş yerləri və
proqram təminatı hazırlanmışdır. Hazırda
sistemin pilot ərazilərdə tətbiqi həyata
keçirilir. Öz növbəsində Mübarək bin Fəhd
Cəsim Əl-Səni Azərbaycanda sığorta-pensiya
sistemi sahəsində həyata keçirilən islahatların
onda böyük maraq doğurduğunu vurğulayıb. Diplomat
öz ölkəsində Azərbaycan təcrübəsinin
öyrənilməsi və tətbiqi üçün müəyyən
addımların atılmasına
çalışacağını nəzərə
çatdırıb. Səfir qeyd edib ki, o, Azərbaycan təcrübəsinin
öyrənilməsi məqsədi ilə Qətərın
Sosial Təminat Təşkilatının nümayəndə
heyətinin ölkəmizə səfər etməsi
üçün iş aparacaq. Mübarək bin Fəhd Cəsim
Əl-Səni əlavə edib ki, DSMF ilə
tanışılıq onda olduqca xoş təəssürat
yaradıb və o, tezliklə iki ölkənin müvafiq
qurumları arasında əlaqələrin qurulmasında
maraqlıdır"-deyə məlumatda qeyd olunur.