Azərbaycanlı alimin kitabları Kazanda rusca nəşr edilib

 

Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılovunAzərbaycan aşıq sənəti. Göyçə mühitiRus ədəbiyyatı məsələləri Azərbaycan ədəbiyyatşünaslığındakitabları Kazan şəhərində rus dilində işıq üzü görüb. 

AMEA-dan aldığımız məlumata görə, “Azərbaycan aşıq sənəti. Göyçə mühitikitabının redaktorları filologiya elmləri doktorları R.İslamov F.Urmançiyev, rəyçiləri akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Nizami Cəfərov, tərcüməçisi Bayram Ağayevdir. Üç fəsildən ibarət əsərdə müəllif aşıq mühiti haqqında ətraflı bəhs edib. Rus ədəbiyyatı məsələləri Azərbaycan ədəbiyyatşünaslığındaəsərində görkəmli ədəbiyyatşünas, tənqidçi, akademik Məmməd Arifin rus ədəbiyyatı ilə bağlı araşdırmaları təhlil olunub. Monoqrafiyanın redaktoru R.İslamov, rəyçiləri filologiya elmləri doktoru, professor A.Hacılı filologiya elmləri namizədi A.Xəlildir.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 18 dekabr.- S.7.