Milli Konservatoriyada elmi-nəzəri konfrans

 

Milli Konservatoriyada keçirilən elmi-nəzəri konfrans konservatoriyanın Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə baş tutub. Konservatoriyadan verilən məlumata görə, konfransı giriş sözü ilə təhsil ocağının elmi işlər üzrə prorektoru professor Vaqif Əbdülqasımov açıb burada oxuyan tələbələrə elmi nəzəri tədbirlərdə fəal iştirak etmələrini arzulayıb.

Sonra musiqişünaslardan Fəridə Babayi, Fidan Aslanova, Pərvanə Rzayeva, Fazilə NəbiyevaÜzeyir Hacıbəylinin şifahi ənənəli professional musiqiyə dair fikirləri”, “Səyavuş Kəriminin yaradıcılıq portreti”, “Puşkin mövzuları musiqidə” , “Xalqımızın toy kimi bir adəti varmövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə Bikə Axundova fortepianoda, konservatoriyanın ikinci kurs tələbəsi Təbriz Yusubov kamançada S.KərimininÖmrümün istəyiəsərini səsləndiriblər.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 18 dekabr.- S.7.