Mənim problemim var...

 

MƏN TEZ-TEZ HƏQİQƏTİ SÖYLƏMƏYƏ BAŞLAMIŞAM

 

Məsələn: Qurban kəsmək nəyə kimə lazımdır? Ciddi zərurət olmadan heyvanlarısağlam, “gümrahqoyun, dana dəvələri həyatlarından məhrum etmək kimin nəyinə gərəkdir? Doğrudanmı Allah bir zamanlar sədaqət əlaməti olaraq İbrahimdən oğlu İsmayılı qurban verməyi tələb etmişdir? Çox vaxt belə bir sual verirlər: “Bu cüriman imtahanıhəqiqətən Yaradanın özü tərəfindən edilə bilərdimi?”

Əgər İbrahim Allahın tələb etdiyi kimi etməsəydi, onu nələr gözləyirdi? Çünki İncil rəvayətlərinə görə, arvadı Saranın (onun 90-dan çox yaşı var idi) “razılığıəsasında onun xidmətçidən oğluİsmayıl dünyaya gəlmişdi. Sonra İbrahimi çox qısqandığı üçün qoca Sara oğlu İsmayılı öldürməyi İbrahimdən təkidlə tələb edib. Bilmirəm necə olubsa, Saranın İsmayıldan canını qurtarmaq cəhdləri ilə Allahın imtahan üçün təyin etdiyi vaxt üst-üstə düşüb. İbrahimin vəziyyətini başa düşmək olar. Amma şəxsən mənim aləmimdə bəraət yoxdur. Motiv çox bəsit haqsız idi. Rəvayətlərdən birinə görə, bıçağı evdə itiləyib, uşağı anasını götürüb yaxındakı dağa yollanan ata İbrahim, yaxşı ki, çox inandırıcı bir bəhanə fikirləşib İsmayılın əvəzinə sürüdən bir qoyunun başını kəsib, qanlı bıçağı isə Saraya sübut kimi təqdim edib. Sonralar bu rəvayət qurbanlığın əsasını qoyub. O vaxtdan bəri Sara ananın ruhu şad olsun deyə, iti bıçaqlarigidlərinəlində cəllad baltasına çevrilib. İsmayılla anası Həcəri isə İbrahim ata uzaq bir yerdəƏrəbistan səhrasında azdıraraq evə qayıdıb. Ana oğulu əzablı ölüm təhlükəsi gözləyirdigündüz qızmar günəşin şüalarından, gecə isə zəhərli ilan, əqrəb digər səhra heyvanlarından. Hər halda, İbrahim oğul qatili olmayıb. Bu, çox dəhşətli hadisə olardı. Bəşər tarixində Habilin qardaşı Qabili öldürməsindən sonra belə hadisələr baş verməmişdi. Oğul qatili olaraq bəşəriyyətin inkişafına mane olmaq İbrahimə baha başa gələrdi. Şükürlər olsun ki, dünya bu dəhşətli məqamın şahidi olmadı.

Ümumiyyətlə, gəlin çox mürəkkəb açılması çətin olan dini-tarixi incəlikləri bir kənara qoyaq. Yaxşısı budur, bugünkü gün özləri qərar verə bilən insanların deyil, zavallı qoyun, dana dəvələrin taleyi barədə düşünüb, təhlil aparaq. Qurbankəsmə prosesinə haradasa deyil, məhz müqəddəs Məkkədə, Yaradan qarşısındakı borcu yerinə yetirmək nöqteyi-nəzərindən yox, bu bayram günündə mömin müsəlmanlaratəsəlli verməküçün növbələrini gözləyən heyvanların öz gözləri ilə baxaq.

Ən sadə hesablamalara görə, bayram günü Məkkə şəhərində kəsilən qurbanlar təxminən üç milyona bərabərdir. Deməli, qəmgin, qan dolmuş gözlərin sayı altı milyondur! Buna hələ gördüklərini sevinc hissi ilə izləyən zəvvarların altı milyon gözünü əlavə edin! Çox deyilmi?

Təxminən 12 milyon sönən sevinən göz (mən hələ milyonlarla televiziya tamaşaçısını demirəm)! İlahi, biz Sənin yaratdığın, heç kimə zərər verməyən, heç bir qəbahət işlətməyən göstərilən prosesin icrası şəraitində yemək üçün o qədər vacib olmayan canlı məxluqunzavallı heyvanın mömin kütlənin gözü qarşısında öldürülməsinə necə sevinə bilərik? Doğrudan da insan öz ziddiyyətləri ilə xeyir şər qarışığının ən dəhşətlinümunəsidir”. Hərçənd, təbiətinə görə sonuncular bir yerdə qərarlaşa bilməzlər. Lakin, yəqin, varlığın ümumiyyətlə, şüurlu İnsanın mövcudluğunun sirri məhz elə bundan ibarətdir.

Bizim heç birimiz, hətta, bir anlıq olsa belə, özümüzü qurbanlıq heyvanların yerində təsəvvür edə bilmərik. Əlbəttə, heyvanları kəsmək olar. Buna Müqəddəs Quran icazə verir. Lakin bunu elə etmək lazımdır ki, qurbanlıq üçün nəzərdə tutulmuş heyvan bıçağı görməsin əvvəlcədən qəssabın niyyətini duymasın. Bunu başqa cür etmək arzuedilməz hətta günah sayılır.

Bəs bu ayini ziyarət zamanı yaxşı haqq müqabilində, yol şəhərdə qalma xərclərinin ödənilməsi şərtilə Məkkəyə gələn yüz minlərlə başkəsən-qəssablar necə yerinə yetirirlər? Zənnimcə, zəvvarların özləri bunu yaxşı bilir, lakin belə əxlaqi incəliklər barədə düşünməməyi üstün tuturlar. Bu onları o qədər maraqlandırmır. Əsası, qoyun başına 200-300 dollar vermək kiməsə onların adından bumüqəddəsayini yerinə yetirməyiəti, demək olar ki, insanlar tərəfindən yeyilməyən günahsız heyvanları camaatın gözü qarşısında edam etməyi tapşıraraq, öz ürəyini sakitləşdirməkdir. Hesablamalara əsasən, iritutumlu soyuducu qurğular olmadığından, yüksək keyfiyyətli ətin təxminən yarısından çoxu iylənib atılır. Bir neçə il bundan əvvəl isə belə soyuducular, ümumiyyətlə, yox idi. Bu haqda danışırdılar, yazırdılar indiyədək yazırlar. Son illər istidən qorunan ət dondurularaq, əsasən, dünyanın yoxsul ölkələrinə göndərilir. Bunu elə-belə, sözgəlişi dedim.

Biz qədər sadəlövh gözübağlıyıq! Əgər biz gözümüzü açıb gördüklərimizi Quran hökmləri ilə müqayisə edə bilmiriksə, onda Allaha inamı necə qoruyub saxlayacağıq? Çünki, ən azından, qurbankəsmə aktını bu şəkildə yerinə yetirməklə biz, şübhəsiz ki, günah işlədir, Müqəddəs kitabda əks olunmuş qaydaları pozmuş oluruq!

Bəs etməli?

Bu ədalət mərhəmətdən uzaq hərəkətdə kimi günahlandırmalı?

Yenə bütün günahı həmişəki kimi, cahil mollaların üstünə ataq?! Məgər onlar özləri sosial durumun, məişət ictimai mühitin qurbanları deyillərmi? Bəlkə, özümüzdə güc cəsarət taparaq etiraf edək ki, biz öz əməllərimizdə, ən azından, dinin beş əsas şərtinə əməl etməkdə heç onlardan yaxşı deyilik? Müqəddəs Məkkə torpağında qurbanlıq heyvanların “edam”ını təşkil edərək, hətta, qurbankəsmə mərasimini belə mömin müsəlmana layiq şəkildə icra edə bilmirik.

Bununla belə, biz günahsız heyvanı lazım olmadığı yerdə kəsdiyimizə vaxtsa kimsə tərəfindən uydurulmuş şeytana qayda ilə müəyyən edildiyi sayda duruşda daş atmadığımıza görə qürur məmnunluq hissi duyuruq (Müqəddəs Quranın hökmlərini pozmağımıza baxmayaraq). Əgər şeytan həqiqətən mövcuddursa, zənnimcə, bu onun heç vecinə deyil. Deyirlər ki, bəzi varlı müsəlmanlar kimi, ziyarət vaxtı şeytan da Avropada istirahət edir ya dünyanın hər yerindən gələn milyonlarla zavallı mömin zəvvara öz borclarını yerinə yetirməyəonun iqamətgahını daş hətta başmaqları ilə daşqalaq etməyə mane olmamaq üçün səyahətə çıxır.

Gülməli deyil! Doğrudan, heç gülməli deyil!

Bütün bunlar əsl mömin insana çox pis təsir göstərir. Söylədiklərimin həqiqət olmasına zərrə qədər şübhəm olsaydı, bu məqaləni heç vaxt yazmazdım. Hər şey həqiqətdir, əlbəttə, deyilənlərin anlaşıla bilməsi üçün əlavə etdiyim bəzi elementləri çıxmaq şərtilə. Bunlar haqqında yalnız ağlaya-ağlaya, yaxud da əməllərinə istehza ilə gülərək danışmaq mümkündür. Gördüyünüz kimi, məndə başqa cür heç alınmadı da.

Bax belə bir acı həqiqət mövcuddur. Həqiqət həmişə yaxında olur, lakin onu görmək istəyənlərin sayı olduqca azdır. Bəziləri isə özlərini elə aparırlar ki, guya heç baş vermir. Görünür, hər kəs həqiqəti öz dərketmə imkanlarına görə başa düşür çox ehtimal ki, hərənin öz həqiqəti var. Əslində mənə görə, söhbət həqiqətdən gedirsə, o, təkdir, yeganədir. Həm Allah, həm Onun bəndələri üçün. Bu mənim fikrimdir.

 

 

Rafiq ƏLİYEV,

fəlsəfə elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2009.- 18 dekabr.- S.4.