Akif Rüstəmov – 70

 

Nurlu adam

 

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin sayılıb-seçilən müəllimlərindən biri, alim-pedaqoq Akif Rüstəmov ömrünün 70-ci baharına qədəm qoyur. O, ömrünün 40 ildən çoxunu jurnalistika fakültəsinə həsr edib. “Məndə olan yaxşı varsa, universitet kollektivinə, xüsusilə jurnalistika fakültəsinin əməkdaşlarına borcluyam” – deyən Akif müəllimin jurnalist kadrların hazırlığında xidməti az deyil.

Tələbələrinnurlu adamadlandırdığı Akif müəllim haqqında onların ürək sözləri aşağıdakı yazılardan da görünür.

 

Akif müəllim həmişə tələbələrin dostuyoldaşı olan sadə, tərbiyəli, məsuliyyətli bir insandır. Onun ömrünün yarım əsrə yaxın dövrü jurnalistika aləmində, konkret desək, Azərbaycanın ilk ali jurnalistika təhsili ocağı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində keçmişdir.

Akif Rüstəmov bu məktəbi yaradan klassik jurnalistika müəllimlərimizin ən istəkli istedadlı yetirmələrindən biri olmuşdur. O, tələbəlikdən jurnalistika fakültəsinin dekanlığına qədər yüksəlməyi bacarmışdır. Akif müəllim milli ziyalılığın ən yaxşı dəyərlərini adi davranışından tutmuş ictimai məzmunlu fəaliyyətinədək hər yerdə qoruyub saxlayır.

Uzun illərdən bəri tələbələri yaxın bir insan kimi ona güvənmiş, müəllim yoldaşları ərk etibar etmişlər. Bu, insani münasibətlərin ən arzu olunan örnəyidir. Akif müəllim, adətən, deyildiyi kimi, bulaq suyu qədər təmiz, dağ havası qədər saf, günəş işığı qədər hərarətlidir. Mədəni işgüzar aləmdə belə insanlarıproblemsiz adamadlandırırlar. O, nəinki heç vaxt, heç kəsə problem yaratmamış, əksinə, həmişə mənasız problemləri asanlıqla yoluna qoymuşdur.

Yetmiş yaşlı sevimli müəllimimizin yubileyi onun tələbələri üçün çox əziz əlamətdardır. Akif müəllim, sizi həmişə necə görmüşüksə, bu gün elə qalasınız. Arzu edirik ki, yüz yaşında da belə təravətli, işıqlı, sağlam şən olasınız.

 

Nərgiz Liftiyeva, BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi

 

Onu ilk gördüyümdə (2007-ci il sentyabrın 15-i) “belə müəllim olar?” deyə düşünmüşdüm. Məni qınamayın, o bizim düşüncəmizdəki standart müəllim obrazına heç oxşamırdı. Orta məktəbdə hamımızın üzləşdiyimizmən dərsimin ağasıyamdeyən, sinifdən gələn hər səsə əlini partaya, ayağını döşəməyə çırpmaqla reaksiya verən, şagirdlərinin sözünü ağzında qoyan bəzi müəllimlərdən fərqlənirdi. Bizə jurnalistikanın əlifbasını öyrədən bu insanı tələbələri yaxşı tanıyır: ilk ixtisas fənniJurnalistikaya giriş”dən dərs deyən, “Jurnalistikakitabının müəllifi Akif Rüstəmov.

Auditoriyaya girdiyi gündən tələbələri müxtəlif mövzuların müzakirəsinə cəlb edir, bir-birimizə macal vermədən söylədiyimiz fikirlərə səbrlə qulaq asırdı. O, bizim düşüncələrimizdəmən niyə jurnalist olmaq istəyirəm?” sualına cavab axtararkən, biziməndən jurnalist olacaqmı?” sualı maraqlandırırdı. Akif müəllimin yazılarımıza verdiyi qiymətdə bu sualın cavabı da var idi (Yaxşı yadımdadır, ilk yazımdan “9” almışdım).

Akif müəllim mühazirələrinin sonunda bizim tez-tez eşitdiyimizkim nəyi başa düşmədi?” yox, “ kimin əlavəsi var?” sualıyla müraciət edirdi. Bu bərabərhüquqlu müəllim-tələbə münasibəti çoxlarımızın tamarzı qaldığı, bizdə özümüzə inam yaradacaq bir amil idi. “Tələbələrin müəllimin sözünə əlavəsi... Müəllimin tələbədən öyrənəcəyi şeylər var, əslində dərsdə öyrənib-öyrətmək prosesi qarşılıqlı olur, tələbə müəllimdən, müəllim tələbədən öyrənirkimi fikirləri ilk dəfə Akif müəllimdən eşitdik. Tələbə şəxsiyyətinə verilən bu dəyər əslində müəllimlərimizin xüsusi vurğu ilə dediyisiz Jurnalistika fakültəsinin tələbələrisinizsözünün təsdiqi idi. Bu məktəblə universitetin fərqi idi, yoxsa şagirdlə tələbənin fərqi?

Sizcə, tələbənin müəllimə verdiyi qiyməti nədən görmək olar? Dərsdə kiminsə iradəsinə tabe olmayan nizam-intizamın olması, mühazirə ya seminarından asılı olmayaraq, tələbələrin mövzuya aktiv müdaxiləsi, diqqətin saatda yox, müəllimdə olması kimi hallar əslində müəllimin insani keyfiyyətlərindən peşəkarlığından xəbər verir. YOX, bu müəllimlə əsl MÜƏLLİMin fərqidir!

Birinci semestrin sonunda biz tələbələr iki şeyə təəssüflənirdik: birincisi, imtahanların yaxınlaşmasına, ikincisi isə, Akif müəllimdən ayrıldığımıza...

İndi sevimli müəllimimiz Akif Rüstəmovun 70 yaşı tamam olur. Yəqin ki, onu yubileyi münasibətilə yüzlərlə dostu, yaxını təbrik edib. Ancaq bir müəllim üçün ən dəyərlisi onun tələbələrinin təbriki ola bilər. Sizi təbrik edirik Akif müəllim! Ömrünüz uzun olsun! Arabir fakültənin dəhlizində qarşılaşanda verdiyimiz salamın cavabsız qalmasından bir az incisək , Sizi çox sevirik.

P.S. Fakültəmizin müəllimlərinə, xüsusən Akif müəllimə baxanda düşünürəm ki, yaşlanmaq heç qocalmaq demək deyil. Bu sözləri sinonim kimi təqdim edən dilçi alimlərimiz bir daha düşünsələr yaxşı olar...

 

 

Fazil Talıblı,

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Əslində deyirlər ki, 70 yaş insanın müdriklik çağına qədəm qoyduğu yaşdır. Bu yaşda insan bir az süstləşir, enerjisi azalır. Amma Akif Rüstəmovda müdrikliklə bərabər, gənclərə məxsus şuxluq, çeviklik daha çox diqqətimi çəkir. Bu, həyata baxışın nəticəsidir məncə. Bu, peşəsinə sevgi, müəllim adını daim uca tutan, qabiliyyəti hər zaman tələbələrinin, gənclərin əhatəsində olmağın nəticəsidir. Elə bir redaksiya, elə bir studiya, elə bir kütləvi informasiya vasitəsi yoxdur ki, orada Akif müəllimin tələbələri olmasın, çalışmasın. Çünki Akif Rüstəmov təkcə bizə müəllimlik yox, həm qayğıkeş münasibət göstərib. İnsani keyfiyyətləri ilə bizə örnək olub.

Heç vaxt yadımdan çıxmaz. Jurnalistika fakültəsində oxuduğumuz illərdə ilk dəfə fakültənin qəzetini çap etmək qərarına gəldik. Təbii ki, ilk dəstək dekanımız Akif müəllimdən gəldi. Bu bizim ilk işimiz olduğundan çox böyük məsuliyyət daşıyırdıq. Hətta o yerə çatmışdı ki, mətbəədə gecə səhərə qədər qəzetin çapını da izləməli olduq. Gözümüzdən yuxu töküldüyü vaxt, yorğunluqdan əziyyət çəkdiyimiz an, gecənin bir aləmi Akif müəllimin mətbəəyə gəlməsi, bizə dəstək olması ruh verməsi heç vaxt biz tələbələrin yaddaşından çıxmayacaq.

Akif müəllim 70 illiyiniz mübarək! Sizi ürəkdən təbrik edir, can sağlığı uzun ömür arzulayıram. Həmişə belə şux, həyatsevər olasınız. Heç vaxt tələbələrinizin yanından əskik olmayasınız. Bugünkü mətbuatda sizin yüzlərlə imzanız var. Hər tələbənizin imzası sizin imzanızdır.

 

Afət Telmanqızı, ANS Televiziyasının əməkdaşı

 

– Bu gün onun 70 yaşı tamamlanır. Ömrünün 40 ilini universitetdə keçirən Akif Rüstəmovu deyirik. Tələbələrin, məzun jurnalistlərin əzizi Akif müəllimi hər dəfə görəndə onun bizlərə dediyi bir kəlməni ixtiyarsız xatırlamalı oluruq: “Həmişə həqiqəti yazın, qərəzsiz yazın, qaşıyıb qan çıxarmayın”. Bu illər ərzində onun qazancı tələbələrinin üç övladının sevgisi olub. İtirdiyi isə doğma Qarabağı olub. Onun haqqında çox söz danışmaq olar...

Sizin şad gününüzü bir daha təbrik edir, həmişə tələbələrin üzərindən kölgənizin əskik olmamasını arzu edirik.

 

Kəmalə Namazova, BDU-nun Jurnalistika fakültəsinin keçmiş tələbəsi

 

Jurnalistika fakültəsinin tələbələri üçün Akif müəllim sadəcənurlu adam”dır. Təbəssümü, səmimiyyəti, mehribanlığı, qayğıkeşliyi, təmizliyi ilə. Bəlkə Akif müəllim özü bilmir ki, necə xoşbəxtdir. Çünki tələbələri onu çox sevirlər. Akif müəllim elə insanlardandır ki, yaşının hansı dönəmində olsa belə, adama elə gəlir ki, o, heç dəyişmir. Cavanlığında da belə imiş, indi belədir, lap qocalanda da belə olacaq.

Ad gününüzü təbrik edirik, Akif müəllim! Bir istəyirik sizə bir sirr açaq. Jurnalistika fakültəsinə yolumuz düşəndə gözümüz birinci Sizi gəzir.

 

 

Tahir Aydınoğlu,

əməkdar jurnalist

 

525-ci qəzet.- 2009.- 19 dekabr.- S.19.