Səttar Bəhlulzadənin 100 illiyiylə bağlı konfrans keçirilib

 

Mədəniyyət Turizm Nazirliyi Suraxanı Rayon İcra Hakimiyyətilə birgə xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyilə əlaqədar elmi-praktiki konfrans keçirib. Nazirlikdən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə S.Bəhlulzadənin Əmircan qəsəbəsindəki məzarını ziyarət ediblər. Rayon icra hakimiyyətinə aid salonda təşkil olunan sərgidə Rəssamlıq Akademiyası tələbələrinin S.Bəhlulzadənin 100 illik yubileyi münasibətilə keçirilən müsabiqəyə təqdim etdikləri işlərin ən yaxşıları nümayiş olunub. Sərgi ilə tanışlıqdan sonra elmi-praktiki konfrans rayondakı Heydər Əliyev Mərkəzində davam edib. Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında prezident İlham Əliyevin müvafiq sərəncamı ilə S.Bəhlulzadənin 100 illik yubileyinin ölkəmizin hər yerində, o cümlədən xarici ölkələrdə YUNESKO-nun mənzil-qərargahında qeyd olunduğunu diqqətə çatdırıb:Mədəni irsimizin himayədarı olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın xalq rəssamı S.Bəhlulzadənin dünya ictimaiyyətinə tanıdılmasında xüsusi xidmətləri var. Dünya boyakarlıq sənətində özünəməxsus yeri olan Səttar Bəhlulzadə Azərbaycanın müxtəlif bölgələrini qarış-qarış gəzərək ölməz əsərlərində təbiət mənzərələrini əks etdirib, yaratdığı tablolarda tamaşaçıya Vətənə məhəbbət hissi aşılayıb”. İ.Abbasov həmçinin ümummilli lider Heydər Əliyevin S.Bəhlulzadə yaradıcılığına xüsusi önəm verdiyini çıxışında vurğulayıb. Tədbirdə 1969-cu ildəEkranyaradıcılıq birliyi tərəfindən çəkilmişBu, Səttar Bəhlulzadədirfilmi nümayiş etdirilib.

Konfransda çıxış edən mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, sənətşünas alim Ziyadxan Əliyev ölməz sənətkarın mənalı ömür yolundan yaratdığı bənzərsiz sənət nümunələrindən danışıblar: Dahi fırça ustasının sevə-sevə yaratdığıFətəli xan”, “Atəşfəşanlıq”, “Qudyalçay vadisi”, “Yaşıl xalı”, “Xəzər üzərində axşam şəfəqləri”, “Bahar çiçəkləri”, “Cıdır düzü”, “Şuşa ətrafında digər onlarla əsəri onun Azərbaycan rəssamlıq məktəbinə bəxş etdiyi əvəzsiz töhfələrdir”.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 22 dekabr.- S.7.