Görkəmli xanəndə
Mütəllim Mütəllimovun
100 illiyi qeyd olunub
Dövlət Muğam Teatrında görkəmli xanəndə
Mütəllim Mütəllimovun
100 illik yubileyi münasibətilə təntənəli
mərasim keçirilib. Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbir mərhum xanəndənin lent yazısının səslənməsi ilə
başlanılıb. Teatrın
direktoru Arif Qazıyev sənətkarın
həyatı və yaradıcılığı haqqında
danışıb: “Mütəllim
Müəllimov musiqimizin
nadir səslərindən,
təkrarolunmaz muğam
ifaçılarından biri,
öz dəst-xətti
olan unudulmaz xanəndə kimi tanınıb və sevilib”.
Yazıçılar Birliyinin Qarabağ bölməsinin
sədri,
şair Ənvər Əhməd,
akademik Vasim Məmmədəliyev, xalq artistləri Arif Babayev, Habil Əliyev, Alim Qasımov M.Mütəllimovun muğam sənətilə
yanaşı,
klassik Azərbaycan ədəbiyyatının da bilicisi olduğunu bildirib,
yüksək səhnə mədəniyyəti, qeyri-adi səsi haqqında danışıblar.
Teatrın solistləri ustad sənətkarın repertuarına
daxil olmuş muğam və təsniflərdən, Azərbaycan
xalq musiqisindən, bəstəkar mahnılarından
nümunələr ifa
ediblər. Tədbir çərçivəsində məşhur muğam ifaçısının keçdiyi
həyat və yaradıcılıq yolunu
işıqlandıran fotosərgi
təşkil olunub. Sonda xanəndənin nəvəsi Mütəllim
Mütəllimov tədbir
iştirakçılarına və təşkilatçılara
minnətdarlığını bildirib.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, görkəmli muğam ifaçısının 100 illik
yubileyinə həsr olunan daha bir
tədbir Ağcabədi
rayonundakı Qarabağ
Muğam Mərkəzində
keçirilib. Tədbirdə millət vəkili,
şair Tahir Rzayev ustad sənətkarın
həyat və yaradıcılığından, muğam ifaçılığı
sahəsində qazandığı
uğurlardan söhbət
açıb.
Şair Ənvər Əhməd Qarabağın o cümlədən
Ağcabədinin Azərbaycana
bəxş etdiyi layiqli övladlar sırasında Mütəllim
Mütəllimovun xüsusi
yeri olduğunu söyləyib. Rayon icra hakimiyyətinin
başçısı Şahin
Məmmədov ümummilli
lider Heydər Əliyevin mədəniyyət
və incəsənət
xadimlərinə göstərdiyi
diqqət və qayğıdan danışıb,
bu siyasətin prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ş.Məmmədov Mütəllim
Mütəllimovun təkrarsız
səsə və orijinal ifa tərzinə
malik görkəmli xanəndə kimi tarixə düşdüyünü
qeyd edib.
SARA
525-ci qəzet.- 2009.- 22 dekabr.- S.7.