Azərbaycanlı alim BMT-ninŞərəf Vicdanordeninə layiq görülüb

 

Bu günlərdə görkəmli patofizioloq alim, professor Sabir Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Mükafat Komitəsi tərəfindən elm tədris sahəsində qazandığı böyük nailiyyətlərə görə AvropaŞərəf vicdanordeni ilə təltif edilib. Bu barədə qəzetimizə məlumatı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) həmsədri professor Elçin İsgəndərzadə verib. Uzun illər Azərbaycan patofizioloqlarının dünya təmsilçilərindən biri olan Prof. S.C.Əliyev 1992-ci ildəLimfanın element tərkibinin patoloji şəraitdə dəyişməsi onun korreksiyasımövzusunda doktorluq dissertasiyası müdafiə edib. Professor S.Əliyev patofizioloqların Bakı, Tiflis Daşkənddə keçirilən beynəlxalq qurultaylarının nümayəndəsi təşkilat komitəsinin üzvü olub. Bundan başqa o, İstanbulda, Moskvada, Leninqradda, Kişinyovda, İvano-Frankovskda, Kazanda keçirilən konfrans simpoziumlarda dəfələrlə elmi məruzələrlə çıxış edib. Elmi əsərləri keçmiş SSRİ-nin bir çox şəhərlərində, o cümlədən ABŞ, Yaponiya, Fransa, İspaniya, İtaliya, Tailand, Türkiyə başqa ölkələrdə çap olunub. Alim 255 elmi əsərin, 3 dərsliyin, 1 atlas-dərsliyin, 4 dərs vəsaitinin, lüğət kitabçasının, bir neçə tədris-metodik vəsaitinin müəllifidir.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 22 dekabr.- S.7.