Cəhənnəmin kirayənişinlərinin premyerası uğurla keçib

 

Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının səhnəsində Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə xalq yazıçısı ElçininCəhənnəmin kirayənişinləripyesi əsasında hazırlanan tamaşanın premyerası keçirilib. Əsərin mövzusu 1930-cu illər repressiyaları dövründə bir sovet məmurunun satqınlığından onun tanrı tərəfindən necə lənətlənməsindən bəhs edir. Bütün hadisələr yeni il gecəsi saatın əqrəbləri on ikinin üstündə dayanan zaman baş verir. Tamaşada fantastik gülüş doğuran səhnələr öz əksini tapıb. Ümumiyyətlə, tamaşanın dekorasiyası, yüksək keyfiyyətli işıq effektləri, rəqs nümunələri aktyorların öz rollarını məharətlə canlandırmaları səhnə əsərinin uğurunu təmin edib. Tamaşaçılar yaradıcı heyəti ayaq üstə alqışlayaraq, teatr kollektivinin bu yeni sənət uğurundan razı qaldıqlarını bildiriblər. Rejissor Kamran Şahmərdanın quruluş verdiyi tamaşada baş rolları xalq artistləri Səfa Mirzəhəsənov, Yuriy Baliyev aktrisa Mələk Abbaszadə oynayırlar.

Premyeraya əsərinə müəllifi olan xalq yazıçısı Elçin, mədəniyyət turizm naziri Əbülfəs Qarayev bir çox tanınmış mədəniyyət xadimləri tamaşa ediblər.

 

 

Günel MUSAYEVA

 

525-ci qəzet.- 2009.- 22 dekabr.- S.7.