Bu gün Mahnı Teatrında mərhum şair Rəfiq Zəka Xəndanın 70 illiyi qeyd olunacaq

 

Dekabrın 23-də saat 17:00-da Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı Laureatı şair Rəfiq Zəka Xəndanın anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Dövlət Mahnı Teatrında yubiley tədbiri keçiriləcək. Rəfiq Zəka Xəndan zəngin ədəbi irsə malik olan şair, XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından biridir. Onun özünəməxsus poeziyası geniş oxucu rəğbəti qazanıb, sözlərinə mahnılar bəstələnib. R.Z.Xəndanın əsərləri vətənə məhəbbət, dövlətçiliyə inam nümunəsidir. Tədbir zamanı xalq artistləri Laləzar Mustafayeva İlham Əsgərov şairin şerlərini səsləndirəcək, Mahnı Teatrının musiqi kollektivi isə Rəfiq Zəkanın sözlərinə bəstələnmiş mahnılar ifa edəcəklər. Tədbirdə iştirak etmək istəyən hər kəs Mahnı Teatrına təşrif buyura bilər.

 

 

525-ci qəzet.- 2009.- 23 dekabr.- S.7.