Xalq artisti
Tariyel Qasımovun 70 illiyi qeyd edilib
Dövlət Gənc Tamaşaçılar
Teatrında xalq artisti Tariyel Qasımovun anadan olmasının 70, yaradıcılığının
50 illik yubileyi qeyd edilib. Kinoda və
teatr səhnəsində
yaratdığı obrazlarla
yaddaşlarda öz yerini tutan aktyor
Tariyel Qasımovu yubilyarı təbrik etmək üçün səhnəyə aktyorun sənət dostları dəvət olunub. Sənətşünas İlham
Rəhimli bildirib ki, T.Qasımov sənəti və istedadlı ilə hər zaman sevilən, xatırlanan aktyordur: “Tariyel Qasımovun oynadığı
rollar 100-ü keçib,
ancaq 144-ə çatmayıb.
Mən inanıram ki, 70 rəqəmi 77 olanda Tariyel bu rəqəmi
də tamamlayacaq”.
“Bir az əvvəl
burada aktyor ordusu ifadəsi işlədildi. Bəli, aktyorlar var. Hamı
aktyorluq edə bilər, şeir deyə bilər. Ancaq əsl aktyor olmaq üçün gərək ruhunda aktyorluq olsun. Ona görə də mən Tariyeli aktyorların aktyoru adlandırıram”. Bu sözləri kinorejissor Tofiq İsmayılov söyləyib.
Xalq artisti Həmidə Ömərovanın
da çıxışı
yaddaqalan alınıb:
“Mən Tariyel Qasımovla cəmisi iki filmdə tərəf-müqabil olmuşam.
Arzu edərdim ki, bundan sonra da
biz bir filmdə oynayaq. Necə deyərlər, atalar
üçdən deyib.
Bu arada qeyd
edim ki, Tariyel müəllim, sizin çox mənalı baxışlarınız
var. Bu sözlər mənim
üçün də
keçərlidir. Ancaq çox
təəssüf ki, kinoda bu baxışlardan
yetərincə istifadə
olunmayıb”.
Yubilyarı Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, Sumqayıt Teatrının kollektivi adından Valeh Kərimov, Akademik Milli Dram Teatrından Azər Mirzəyev və Cəfər Namiq Kamal, Gənc
Tamaşaçılar Teatrının
aktyor kollektivi təbrik edib.
Günel MUSAYEVA
525-ci qəzet.- 2009.- 25 dekabr.- S.7.