Salman Qəmbərovun
50 illiyi Bəstəkarlar
İttifaqında qeyd olunub
Azərbaycan Bəstəkarlar İttifaqında
(ABİ) tanınmış cazmen Salman Qəmbərovun
50 illik yubileyi qeyd edilib. Tədbirdə
ABİ-nin sədri, xalq artisti Firəngiz
Əlizadə Salman Qəmbərovu təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzulayıb.
Yubilyar Salman Qəmbərov isə
2009-cu ilin onun üçün yubiley ili olduğunu bildirib və bu mərasimin yubileyilə bağlı keçirilən son tədbir olduğunu qeyd edib. Sonra
isə Salman Qəmbərov “Lətif” layihəsindən bir parça səsləndirib.
Cazmeni zərb alətlərində Eldar Qafarov, kamançada isə Fəxrəddin Dadaşov, eyni zamanda rəhbəri olduğu “Bakustik caz” qrupunun üzvləri
müşayiət ediblər.
SARA
525-ci qəzet.- 2009.- 25 dekabr.- S.7.