Qumru yumurtalarıməni ağlatdı...

 

Evdə darıxırdım. isə bir şey oxumaq istədim. ƏliməAzərbaycanjurnalının 9-cu nömrəsi keçdi. Vərəqlədim. İlk səhifələrdəQumru yumurtalarıadlı bir povest gözümə dəydi. Qumru” – məhəbbət quşu, sadiqliyin rəmzi. Çox sevirəm bu quşları. Bəzən düşünürəm ki, keşkə insanlar da onlar qədər sadiq olalar bir-birlərinə. Müəllifi bizim tanınmış yazıçımız, millət vəkili, çox sevdiyim Hüseynbala Mirələmov idi. Mən həmişə bu yazıçının yaradıcılığını izləmişəm. Hətta onun kitabları haqqında məqalələr yazmışam. H.MirələmovunSimuzəri, “Güllələnmiş heykəlləri, “Gəlinlik paltarıinsan yaddaşında unudulmaz izlər buraxır. Demək istəyirəm ki, onun qələminə az-çox bələd olan biriyəm. Onun yazdığı hər bir sətir sənə isə demək istəyir, nəyi isə görmək üçün gözlərini açır.

Povesti oxumağa başladım. Hər yeni səhifə əvvəlkindən maraqlı gəldi mənə. Elə acgözlüklə oxuyurdum ki, elə bil çoxdan arzuladığım bir əsər əlimə keçmişdi. Süjet xətti hər dövr üçün aktual olan bir mövzudur. Əsərdə Yusif adlı bir oğlanın nakam taleyindən bəhs olunur. Yusifin həyatı bu gün gənclərin əksəriyyətinin üzləşə biləcəyi bir həyatdır. Heç kimə arzulamaram bu həyatı. Amma bəzi gerçəkliklər qarşısında insan oğlu acizdir. Yusif bu günün faciəsidir. Müəllif Yusifin həyatını o qədər gözəl açıqlayıb ki, əsəri oxuduqca ona həm acığın tutur, həm yazığın gəlir. Amma burada təkcə yusiflər günahkar deyil, həm cəmiyyət günahkardı. Dünyaya gələn insanlar gəlməyənlərdən azdır. Biz hər birimiz bu dünyaya gəlmişiksə, deməli, şanslıyıq. Həyatda yaşamaq üçün Allah tərəfindən seçilmişik. Bəzi uşaqlar doğulduğu andan şanslı olurlar. Həyatda hər bir şeyləri olur. Ən başlıcası isə ana, ata məhəbbəti. Əfsuslar olsun ki, Yusif belələrindən deyil. Bir anlıq şəhvət hissi onun dostuna olan məhəbbətini üstələyir. Züleyxa Yusifə mənəvi zərbə vurur. Bir tərəfdən onun içkili olduğundan istifadə edib onun yatağına girir, digər tərəfdən isə anası haqqında olan sirri ona bildirir. Yusif özünü anasının bətnindən doğulan, Züleyxanın bətninə düşən təzə günah adlandırır. Yazıçı Yusifin ölüm səhnəsini o qədər acınacaqlı təsvir etmişdir ki, bu hissəni göz yaşlarıyla oxuyursan.

Əsərin baş qəhrəmanlarından biri Nəsib, digəri isə Züleyxadır. Yusiflə Züleyxaməhəbbətibu gün cəmiyyətdə yaşanan eybəcərliklərdən biridir. Nəsib həm Yusifi sevir, həm Züleyxanı. O qədər bu iki insana inanıb onları sevirsə, Yusiflə Züleyxa bir o dərəcədə ona xəyanət edir. Züleyxanın hər bir addımı onun tərəfindən düşünülmüş məkrli bir plandır. Züleyxa Yusifdən olan körpəsini dünyaya gətirəndə Allahdan onu bağışlamağı yalvarır. “Yalvarıram, bu körpəni mənə bağışla, onu məndən alma, mən onu zina kimi qazandığıma, ərimə xəyanət etdiyimə görə sənin hər cəzana layiqəm, amma zinəkarlığı harınlığımdan etməmişəm. Bu uşaq mənim xoşbəxtliyimin qarantıdır. Bu zəmanədə namuslu olmaq adama bədbəxtlik yoxsulluqdan savayı heç vermir”. Əsərdə Züleyxanın dediyi bu sözlər bu gün cəmiyyətdə baş verən yolsuzluqları, bəzi insanların çirkin düşüncələrini açıb göstərir. Çox heyf ki, belə düşünən qadınlarımız çoxdur. Müəllif əsərdə zəmanəmizin ən böyük bəlası olan narkomaniyaya toxunub gənclərimizin bu bəlaya düçar olduqlarını, ona qurşandıqdan sonra onlar üçün həyatda heç bir müqəddəs hissin olmadığını göstərməyə çalışmışdır.

Əfsuslar olsun ki, Bu günzüleyxalarçoxdur. Mentalitetimizə uyğun olmayan yaşam tərzi ilə bu qadınlar Azərbaycan üçün üz qarasıdırlar. Bəzən bu qadınlar haqqında danışılanda qadın olduğumdan utanıram. Müəllif bu günkü züleyxaların üzünü çox gözəl, məharətlə açmışdır . Yusifi yolsuzluğa, çirkaba sürükləyən Züleyxa olur.

Əsərdə bir ananın dramı verilmişdir. O ananın yerində hər bir qadın ola bilər. Ana üçün ən böyük bədbəxtlik övlad acısıdır. Bu acını Yusifin anası yaşayır. On doqquz yaşlı oğlu gözləri önündə öləndə onun fəryadı ürəkləri parçalayır. Yusifin ölümündən bir ay sonra isə özünü öldürmək istəyəndə ərinin onu öldürdüyünü görürük. O bu ölümü Allahın bir lütfü kimi qəbul edir: – Şükürlər olsun Allaha, mənə rəhmi gəldi, günahımı qanımla yudum, – deyir.

O gözəl nəğmədə deyildiyi kimi görəsən doğrudanmıhər şey gözəldi həyatda”? Bəlkə gözəldi... bilmirəm.

 

Hər şey gözəldi həyatda,

Əgər sən bu gözəlliyi duya bilsən.

Hər şey gözəldir həyatda,

Əgər özün bir zərrə gözəllik yarada bilsən...

 

Keşkə insanlar bir zərrə gözəllik yaradalar çirkinliklərə yer qalmaya. Keşkə!...

 

 

SƏİDƏ

 

525-ci qəzet.- 2009.- 26 dekabr.- S.21.