Şair Rəfiq Zəka Xəndanın xatirəsi anılıb

 

R.Behbudov adına Mahnı Teatrında şair Rəfiq Zəka Xəndanın 70 illik yubileyilə bağlı mərasim keçirilib. Xalq şairi Fikrət Qoca R.Z.Xəndanın güclü poetik istedada yumor hissinə malik olduğunu deyib, yubilyarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Şair Vaqif Bəhmənli R.Z. Xəndanın Azərbaycan ədəbiyyatındakı özünəməxsus mövqeyindən söz açıb. Xalq şairi, millət vəkili S.Rüstəmxanlı R.Z.Xəndanımillət aşiqiadlandırıb: “Onun şeirləri milli şüurun formalaşmasında sanki bir əlifba rolunu oynayır”.

Tədbirdə şairin sözlərinə yazılmışQurban verərdimmahnısının ifasından sonra danışan Aqşin Babayev bu mahnının vaxtilə qadağan olunduğunu vurğulayıb.

Şair Ənvər Əhməd mərhum qələm dostunumemar sənətkarkimi dəyərləndirib: “Əgər Mikayıl Müşfiq, Hüseyn Cavid, Tofiq Fikrət Məhəmməd Hadinibu dördlüyü qızıl bir mücrüyə yığıb ağzını bağlayıb açarı itirsən, mərhum Rəfiq Zəka onların hamısının yardıcılığını əzbər deyərdi. Sinədəftər idi. Əruz vəzninin Azərbaycan dilində işlədilən 26 bəhrinin hamısını bilirdi”

Tədqiqatçılar Natəvan Mustafayeva, Maarif Teymur şairin sovet ideologiyasının tüğyan elədiyi dövrlərdə cəsarətlə milli ruhlu şeirlər yazdığını çıxışlarında önə çəkiblər.

Şairin qardaşı, akademik Akif Hacıyev şairin ruhuna ehtiram göstərənlərə, mərasimin təşkilində əməyi olanlara tədbirə qatılanlara minnətdarlığını bildirib.

Tədbirdə xalq artisti Laləzar Mustafayeva İlham Əsgərov şairin şeirlərini oxuyub, incəsənət ustaları R.Z.Xəndanın sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.  

 

 

Aytən FEHRUZ 

 

525-ci qəzet.- 2009.- 26 dekabr.- S.21.