İctimai Televiziyada xalq yazıçısı Elçinin yaradıcılıq gecəsi olub

 

Ölkəmizin görkəmli söz-sənət adamlarının yaradıcılığını mütəmadi olaraq işıqlandırmaq, geniş tamaşaçı auditoriyası ilə ünsiyyətini təşkil etmək İctimai Televiziyada ənənə halını alıb. Yaşadığımız keçid dövrü həm ədəbiyyatın öz bədii-estetik ideya istiqamətlərinin axtarış dövrü kimi səciyyələnir. Həyatı yeni rakursdan işıqlandırmaq, zamanın ictimai-iqtisadi münasibətlərinə müasir meyarlarla yanaşmaq üçün ədəbi mühitimizin aparıcı söz sahiblərinin irsini daha dərindən öyrənmək, orada yaxşı varsa, seçib götürmək indi daha artıq əhəmiyyət kəsb edir. Qabil, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Fikrət Qoca, Sabir Rüstəmxanlı digər görkəmli şair yazıçılarımızın yaradıcılıq gecələrinin keçirilməsi sözügedən kanalın öz ictimailik missiyasına sadiqliyinin təzahürü olmaqla yanaşı, həm yuxarıda qeyd etdiyimiz ədəbi varislik kimi nəcib bir məsələnin həllinə dəstək kimi qiymətlidir.

Bu günlərdə İctimai Televiziyada növbəti bir yaradıcılıq yüksək səviyyədə keçirilib. Tanınmış ədəbiyyat teatr xadimlərinin iştirak etdiyi tədbirdə yazıçının çoxşaxəli ədəbi-bədii yaradıcılığı, elmi fəaliyyəti ətraflı geniş şəkildə tamaşaçılara çatdırılıb. İctimai Televiziyanın studiyasında keçirilən gecədə verilişin müəllifi aparıcısı Yusif Günaydın xalq yazıçısının çoxillik yaradıcılığına, onun bədii nəsr, dramaturgiya, publisistika ədəbiyyatşünaslıq sahəsindəki fəaliyyətinə diqqət yönəldib. Söhbət zamanı yazıçı-dramaturq ədəbiyyatşünas alim Elçin aparıcının suallarını cavablandırmaqla həm öz ədəbi-bədii yaradıcılığının üzərinə yenidən işıq salıb. Tamaşaçılarla səmimi ünsiyyət quran ədib müasir ədəbi mühitin problemlərinə, çağdaş ədəbiyyatımızda insan-cəmiyyət, dil, milli-mənəvi dəyərlər kimi vacib məsələlərin öz əksini tapmasına münasibət bildirib, oxucuları düşündürən bir çox mətləblərə aydınlıq gətirib.

Yazıçının müəllifi olduğu tamaşalarda baş rolları ifa etmiş xalq artistləri Səyavuş Aslan, Bəsti Cəfərova, şair İlyas Tapdıq öz çıxışlarında Elçinin yaradıcılığı ilə bağlı düşüncələrini dilə gətiriblər. VerilişdəMənim ərim dəliditamaşasından Bağ mövsümüfilmindən fraqmentlər göstərilib, xanəndələr xalq mahnıları, muğamlardan parçalar ifa ediblər.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 26 dekabr.- S.21.