İki Azərbaycan şairi: biri Şimallı, biri Cənublu

 

Böyük işlər görənlərin ağız-büzənləri çox olar.

 

Rəfiq Zəka Xəndan

 

Ədəbiyyat öz təəssübkeşlərini sevir; ədəbiyyat fədakarlıq tələb edir. Təəssübkeş fədakar sənət adamları böyük xəzinə yaradırlar. Bu xəzinə insanlara maddi nemətlər yox, ruhi-əxlaqi qida gətirir. Adam belə fədakarlıqları görüb duyanda təsəlli tapır.

Azərbaycanda Ədəbiyyat fədailəri, təəssübkeş sənət adamları arasında öz xüsusi dəsti-xətti ilə seçilən bir şair tanıyırdım: Rəfiq Zəka Xəndan. Mübaliğəsiz deyirəm ki, Rəfiq Zəka qədər Azərbaycan ədəbiyyatını, onun tarixini bilən, klassik şerin, qəzəlin texnikasına bələd olan, nəhayət, sovetizmin gur çağlarında bizim ədib şairlərin əsərlərini öz ağlı, gücü, fərasəti, zəngin təcrübəsi səmimi münasibətləri sayəsində Türkiyədə çap etdirən, yayan tanıdan ikinci Azərbaycanlı tanımıram.

Rəfiq Zəka Xəndanı 1986-cı ildən tanıyırdım. İlk dəfə rəhmətlik Şamil Fərzəliyevin evində görüşdük. Fəraməz Maqsudovla birlikdə Şamil müəllimə baş çəkməyə gəlmişdilər. O vaxtKirpijurnalının Baş redaktoru Şamil Fərzəliyev ağır xəstəydi, yorğan-döşəkdə yatırdı. Şamil müəllimin yanına bir qədər əvvəl Məmməd Aslan da gəlmişdi. Məmməd müəllim Türkiyədən gətirdiyi Əbu Əli İbn SinanınŞəfalı Bitkilərkitabını Şamil müəllimə vermişdi ki, tanış olsun. Biz bu kitabı acgözlüklə varaqlayıb orda ən maraqlı bölmələri tapmaq istəyirdik; o ümidlə ki, bəlkə Şamil müəllimin sağalması üçün bir çarə tapaq. Bu vaxt yenə qapı zəngi çalındı; Rəfiq Zəka Fəraməz Maqsudov içəri girdilər. Rəfiq Zəkanın şux mehriban səsi dərhal otağı başına götürdü. Şamil müəllimin övladlarından kimsə pıçıldadı: “O, belədir, həmişə gələndə xoş ovqat yaradır, atamızın könlünü alır”. Doğrudan da Rəfiq müəllim evin kədərli havasını mülayimləşdirdi. Onlar xeyli söhbətləşdilər, xəstənin qılığına girdilər. Rəfiq müəllim Türkiyədə təzəcə çapdan çıxmış öz yeni şeirlər kitabını Şamil müəllimə bağışladı çıxanda bildirdi ki, gələn həftə yenə İstanbula gedir.

...İstanbuldan qayıdandan sonra Rəfiq Zəka məni evinə dəvət elədi. Türkiyədə çap olunan xeyli kitab, jurnal gətirmişdi. Bu kitab jurnallarda öz şeirləri ilə yanaşı, Səməd Vurğun, Rəsul Rza, Hüseyn Arif, Nəbi Xəzri, Abbas Abdulla, İsmayıl Şıxlı, Fərman Kərimzadə adını yadıma sala bilmədiyim neçə-neçə şair nasirimizin əsərlərini çap etdirmişdi.

Deyirlər ki, Rəfiq Zəka Türkiyəyə gedib-gəlir, öz şeirlərini çap elətdirir... sən Allah, bir bax, gör mən təkcə özümdən ötrü gedirəm!? – deyə söhbətə başladı. – İkincisi, yaxşı edib gedirəm, bacarırsan, sən get, çap elətdir... Mənim beş şeirim gedirsə, onun yanında on beş nəfər Azərbaycan şair yazıçısının əsərini çap elətdirirəm. Özü təmənnasız-filansız. Bunun nəyi pisdi axı?! Qoy bizim ədəbiyyatı tanısınlar da!

Böyük işdir,- dedim. – Bu da Ədəbiyyatımıza xidmət deməkdi...

... O, Türkiyədə çap olunan şeir qəzəllərindən bir neçəsini mənimçün oxudu. Həqiqətən mənalı, poetik nümunələr idi. Rəfiq müəllim bəlkə nadir şairlərdən idi ki, Şərqin böyük ustadlarının yaradıcılığını çox gözəl bilirdi. Güclü yaddaşı, mütaliəsi vardı. O, ensiklopedik biliyə malik bir insan idi. Hər dəfə məni evinə çağıranda zəngin kitabxanasını göstərib fəxarətlə deyirdi:

Mən xaricə gedəndə başqaları kimi əski-üskü yox, nadir kitablar alıram. Bu kitablar qiymətli xəzinədir... Onlar mənim ən yaxın köməkçilərimdir...

Doğrudan da Rəfiq müəllimə hansı sahədən sual verirdinsə, həmin dəqiqə onun cavabı hazır idi, ya da kitabxanasından dərhal o suala dair bir mənbə tapıb çıxarırdı.

Rəfiq Zəka Xəndan kimi ədəbiyyat biliciləri, sənətin sənətkarın təəssübkeşləri az-az olur həyatda. Onun qəfil ölümü ilə biz daha bir böyük Azərbaycanlımızı itirdik.

Qərbə yol Şərqdən başlanır

Söhrab Tahir

Söhrab əmi Qardaşxan Əzizlə bizə gəlmişdi. Mən onuncu sinifdə oxuyurdum. Söhrab Tahirin şeirlərini, xüsusilə Cənub mövzusunda yazdığı şeirləri sevirdim. Biz Söhrab əminin şərəfinə evimizdə süfrə açdıq. Bizə gəlməmişdən qabaq Söhrab Tahirlə Qaradaşxan Azərbaycanla İran sərhədinə, İran Astarası ilə Sovet Astarasını ikiyə bölən Astaraçaya baxmağa getmişdilər. Sovet əsgərləri onları içəri buraxmamışdılar. Söhrab əmi Vətəni ikiyə bölən tikanlı məftillərə baxıb kövrəlmişdi. Hətta o məftilləri əlləri ilə qırmaq istəmişdi. O vaxtlar belə şeylər üstündə adamı tutub dama basardılar.

Qardaşxan dedi ki, “biz Söhrab əmi ilə birlikdə o tayın evlərini, həyətlərini Mərkəzi Xəstəxananın həyətindən seyr etdik. Oxşar qırmızı kirəmitli evləri, ot tayalarını, bacalardan çıxan tüstüləri... gördükçə adamın ürəyi qubar bağlayır...”

Siz bircə dəfə gördünüz, amma biz onları hər gün görürük hər gün qəlbimiz ağrıyır, – dedim. – edə bilərik, taleyin işidir...

Söhrab əmi kədərli-kədərli mənə baxıb dedi:

Yəqin ki, bir zaman gələcək, bu sərhədlər açılacaq; bunu siz görəcəksiniz... cavansınız. Amma mən... mən görmərəm...

Soyuq payız axşamıydı. Nahar süfrəsi ətrafındakı söhbətlərimiz o qədər maraqlı oldu ki, bayırda havanın tez qaraldığını belə hiss etmədik. Biz çalışırdıq ki, bu mövzuya daha toxunmayaq, Söhrab əminin yaralarını təzələməyək. Nahardan sonra mən qonaqlar üçün piano çaldım. Söhrab əminin kefi bir balaca duruldu. Soruşdu:

Sənin fikrin nədir? Ədəbiyyat, yoxsa musiqi? Hara inşallah hazırlaşırsan?

Sənədlərimi şərqşünaslığa verəcəyəm, Söhrab əmi. Musiqi elə-belə, xobbidir...

– Lap yaxşı... Təhsil mütləq lazımdır. Bütün sahələrdə təhsil lazımdır. Yaxşı təhsil millətin gələcəyidir. Bakıya gəlsən, mütləq əlaqə saxla...

...Söhrab əmiyə dediyim kimi olmadı. Mən şərqşünaslığa yox, qərbşünaslığa, yəni Xarici dillər institutunun ingilis dili fakültəsinə qəbul olundum. Bakıda bir dəfə təsadüfən Söhrab Tahirlə rastlaşdım. “Salam-məleyk”dən sonra maraqlandı:

Harda oxuyursan?

Xarici dillərdə, –dedim.

Səhv etmirəmsə, sən şərqşünaslığa hazırlaşırdın, ya mən səhv edirəm?...

Elədir. Belə alındı...

Deməli, Qərbə üz tutdun? Noolar, ordan da öyrəniləsi şeylər çoxdu... Amma, unutma, Qərbə yolŞərqdən başlanır... De görüm, yazırsan?

Uilyam Saroyanı tərcümə eləmişəm...

– A bala, Saroyan kimdi, sən Cek Londonu, Drayzeri tərcümə elə...

... Söhrab əmi sağollaşanda bildirdi ki, o, “Azad qadınheykəlinin yanındakı binada işləyir. (O vaxtTudəİran mühacirləri Partiyasının qərargahı orada yerləşirdi). “ vaxt istəsən, gələ bilərsən”.

...Bu yaxınlarda Yazıçılar Birliyində Söhrab əmini gördüm. Oqtay Rzayla söhbət edirdi. Hər ikisiylə səmimi görüşdük. Hal-əhval tutduq. Söhrab əmi Yazıçılar Birliyinin binasından çıxanda mən onun məşhur şeirlərindən birinin – “İki AstaraSərhəd tirlərişerinin bir bəndini dedim. Şair bu dəfə kövrəlmədi. Dedi:

Düzdü, indi sərhədlər açıqdı... Amma mən deyən hələ baş verməyib. Sən cavansan, saçların da mənimki kimi ağappağ ağarmayıb... Hələ çox şeylər görəcəksən...

Siz cavansınız, Qocaman Şairimiz!

Bəxtəvər günlər yaşayır, şərəflə, ləyaqətlə, inamla yol gedirsiniz. Yolçu yolda gərək!

 

 

Kamran NƏZİRLİ

 

525-ci qəzet.- 2009.- 26 dekabr.- S.14.