Oralarda kimlər var: Cavad Çapan –2

 

18 yanvar 1933-cü ildə Darıcada doğuldu. Darıca ibtidai məktəbini bitirdikdən sonra 1945-ci ildə girdiyi Robert Kolecini 1953-cü ildə bitirdi. Ali təhsilini İngiltərədə Kembric Unversitetinin ingilis ədəbiyyatı bölümündə 1956-cı ildə tamamladı. Bir il Londonda BBC-nin türkcə bölümündə çalışdı. 1960-cı ildə aspirant olaraq girdiyi İstanbul unversiteti ədəbiyyat fakültəsi ingilis dili və ədəbiyyatı bölümündə 1968-ci ildə dosent, 1975-ci ildə professor oldu. 1980-ci ildə Dövlət Gözəl Sənətlər Akademiyası (bu gün Memar Sinan unversiteti) teatr bölümünə keçdi. Müxtəlif vaxtlarda Boğaziçi, Anadolu, Mərəmə unversitetlərində dərs verdi. 1978-1979-cu ildə Dövlət Teatrları ədəbi hissə müdiri oldu.1996-cı ildə Yedditəpə unversiteti ədəbiyyat fakültəsində dekan olaraq çalışan Çapan 2002-ci ildən bəri eyni fakültədə ingilis dili və ədəbiyyatı professoru olaraq dərs verir.

Cavad Çapanın ilk şeiri 1952-ci ildə ‘Varlıq’ dərgisində çap olunub.Daha sonra “Yedditəpə”, “Seçilmiş hekayələr” və “Yücəl” dərgilərində şeirləri çıxdı. 1959-cu ildə “Bazar Poçtu”nda teatr haqqında məqalələr yazdı. Radio və televizyon proqramları hazırladı. “Dönəm”, “Şeir sənəti”, “Papirus”, “Yeni dərgi”, “Milliyyət sənət” və “Adam sənət” dərgilərində nəşr etdirdiyi şeirlərlə ədəbi ortamın diqqətini çəkdi.1980-ci ilərdə şeir yazmağa daha çox vaxt ayıran Çapan, “Dön Göyərçin, dön” (1985) adlı ilk şeir kitabıyla 1986-cı ildə Behcet Necatigil şeir mükafatını aldı. İkinci kitabı “Təbii tarix” 1989-cu ildə,üçüncüsü “Sevda yaradan” 1994-cü ildə, “Nə gözəl səfərdi,yadımdan çıxmaz” adlı dördüncü kitabı isə 2001-ci ildə çıxdı. Cavad Çapan 2008-ci il Altın portağal şeir ödülünün sahibi oldu.

 

Səma Aslandan uyğulama

 

- Tərcümələriniz çox geniş bir ədəbi yelpazəni əhatə eləsə də, Ağdəniz şairlərinin yaradıcılığı çeviri sənətinizdə daha böyük bir yer tutur. Nədən?

- Hər halda mən özümü daha çox Ağdənizli hiss eləyirəm! Ağdəniz ölkələrinin ədəbiyyatına daha yaxın olduğum bir həqiqət.Bu, birinci şərt. Bir də bəzi Ağdəniz ədəbiyyatı təmsilçilərinin yetərincə tanınmadığı bir vaxtlarda mən o tərcümələri elədim.Məsələn : Yunan şairləri ölkəmizdə az tanınırdı və bu tərcümələr onların kəşfi kimi bir iş idi mənim üçün.Yunan şairlərindən sonra İtalyan və İspaniya şairlərini də çevirdim. İspaniya şairləri demişkən, İspan dili Güney Amerikada da danışıldığı üçün Güney Amerika da girdi beynimə ... O bölgədən Lorka, Neruda kimi şairlər tanınırdı. Amma o dillərdə yazan və tanınmayan başqa önəmli şairlər də vardı və onların da tanınmasının lazım olduğunu bilirdim.Təbii, bir də doğrudan-doğruya Ağdəniz sahillərində yerləşməsə belə, Portuqaliya ədəbiyyatından da tərcümələr etdim,çünki Portuqaliya da Ağdəniz abhasına malik bir yerdir.İngilis, İrlandiya və Amerika ədəbiyyatları isə mənim elmi sahəmə aid ədəbiyyatlardır. Zatən universitetdə ingilis ədəbiyyatı verən bir alim olaraq o ölkə ədəbiyyatlarıyla daha yaxından tanış idim.

- Bəzi tərcümələrinizi də orijinaldan deyil,ikinci dildən elədiz. Məsələn, əski yunancadan çeviriləriniz, o mətnlərin ingiliscə variantından alınıb.Bu ikinci dil məsələsi tərcüməçidə şübhə və ya narahatçılıq yaratmır ki?

- Təmiz vicdanı olan ədəbiyyatçı üçün bu bir az şübhə yarada bilər,bir az da günahkar kimi hiss edərsən özünü! Hər zaman məhz orijinal çevirilər eləməyə can atdım.Fəqət bu işləri eləyəndə də sizin dediyiniz ehtimalları da düşündüm və əksikləri ortadan qaldırmağa çalışdım.O dili bilən insanlarla görüşərək, bir neçə fərqli dildəki çevirilərlə qarşılaşdırmalar elədim ya da deyəlim ki, əski yunanca deyirsinizsə, o əlifbanı səsli oxuya biləcəyim şəkildə öyrənməyə çalışaraq elədim və sairə.

- Səs demişkən... Bəzən anlamı düşünmədən, sadəcə səsə vurularaq oxuna bilir şeir.Tərcüməçiliyinizin şeir yaradıcılığınıza maneçiliyi olubmu?

- Hər hansı bir şeirin dadını bilmək üçün belə bir üsul var.Məsələn tələbəlik illərimdən xatırlayıram.İngilis ədəbiyyatı oxuyarkən italyanca və fransızca mətnlərdən də cavab verməli olurduq.O dərsləri verən müəllim deyərdi ki, “Anlamağı bir kənara buraxın və oxuyun, mətnin səsini tutmağa çalışın”. Deyəlim ki, Dantenin “İlahi Komediyası”ndan parçalar oxuyuruq.Onun möhtəşəmliyini əsərin musiqisini tutmaqla başlardıq.Bu şairlərin vaz keçmədikləri bir şey.Şübhəsiz anlamı da heç bir zaman unutmamalı, musiqinin anlama qatdığı xüsusiyyəti də tutmağa çalışmalı.Bu səbəbdən tərcümə işində şeirin qulaqda necə səslənməsi də önəmli.Əgər öz şeirində şair bəlli bir özəllik yaxalamağa və mətnə bununla bir anlam qatmağa çalışmışsa, çevirmənin də bu nöqtəyə diqqət etməsi lazım.

- Tərcümə, teatr, şeir sizin akademik həyatınızın bir parçası.Bütün bunlar bir-birini tamamlasa da, siz bunlardan yalnız biriylə məşğul ola bilərdiz. Bu çox şaxəlilik sizin doyumsuz olduğunuza bir misalmı?

- Bəli.Bunlar bir-birini danan ədəbi janrlar deyil.Yalnız akademik yanaşmanın bir neçə çətinlikləri var.Həddən artıq ağıllı və nəzəriyyəçi ola bilərsiz ki, bu da ürəyinizcə olmaz.Elədiyiniz işlərdə bəzi yanlışları bilərəkdən elədiyniz düşünülə bilir.Deyəlim ki, ‘şeirin tərcüməyə gəlməməsi” məsələsi. Nəzəriyyə üstündən baxdığınızda şeir çevrilə bilməz.Bir çox nəzəriyyəçilər şeirin tərcüməsini lazım bilmir və bu nədənlə şeir tərcümələrinə şübhəylə yanaşılır.Belə bir fikir var: “Şeir çevrildiyi zaman qeyb olan şeydir!”

- Sizin tərcümə eləməyə yanaşmadığınız şeirlər oldumu?

- Təbii. Bəzi şeirlər çevrilməyə bilir. Hətta daha öncə çevirdiyiniz bir şairin tərcümə olunmayacaq başqa şeirləri də ola bilir.İllahda ki, bir şairin bütün şeirlərini çevirmək kimi bir iddiam da olmadı. Fəqət bir də Şavkar Altınelin bir sözü var: “Şeir çevrilə bilən mətndir!”.Çünki bu qədər iradlara qarşı şair- tərcüməçi müdafiəsi də gözdən çıxarılmalıdır.

- Akademik mətnlərdən söz düşmüşkən, teatr kitablarınızdan da danışa bilərik.Sizin universitet nəşrləri arasından çıxan kitablarınız, daha sonra başqa yayın evləri tərəfindən çap edilərək daha geniş oxucu kütləsinə təqdim olundu.Yəni bir anlamda akademik çərçivə ilə bitmədi iş.

- Bəli. Amma teatr daha geniş auditoriyaya məxsus bir sənət və akademik dünya xaricində də bir çox insanı maraqlandırır.Beləliklə məhdud sayıdakı oxucuya da çatdı kitablarım.Fəqət, dediyim kimi bu maraq da çox məhdud.

– Əslində ayrıca olaraq vurğuladığım bu ki,çalışma üslubunuz da yaşam tərzinizi tamamlayan bir vaqiyə.Teatrla bağlılığınız təkcə onun yazarı olmaq deyil, həm də bir zamanlar aktyorluq elədiz. “Qaragöz” teatrında çalışdız.Tərcümə işiniz də sadəcə tərcümə ilə məhdudlaşmır.Dünyaca ünlü alimlərlə dostluqlarınız və birlikdə gördüyünüz işlər var.Bunları da bir vəzifə olaraq eləmədiz, elədiklərinizdən zövq aldığınızı düşünürəm.

- Bir insan harda, necə bir ölkədə, hansı bir coğrafiyada və hansı bir tarixi ortamda necə yaşayır yaşasın,gərək özünü o vəziyyətə yad hiss eləməyəsən və qaynayıb qarışasan o cəmiyyətin mədəniyyətinə və o tarixi günlərə.Yəni türkülər, mahnılar söylənilirsə onu eşitməyə bilməzsən.İnsanlar necə yaşayır? Qəhvəxanaya və ya meyxanayamı gedir? Dostluqlar necə yaranır? Nə yeyib, nə içirlər? İnsan yaşadığı yerin sahibi olmalı, o yerin insanı olmalı.Mənim ixtisasım ingilis ədəbiyyatı, amma mən buralı bir insanam və buralı bir şairəm. Bu ölkədə yabançı biri kimi özümü hiss etməməliyəm. Sanki buralı olduğum qədər, həm də dünyaya məxsus olduğumu anlamalıyam.Amma bu da insanın təbiətində olan bir şey,ya olar, ya olmaz.Xarici ölkələrdə təhsil alsanız, öz içinizdən uzaqlaşmaq qorxusu ilə yaşaya bilərsiz.Mən belə deyiləm.

 

ONLAR NƏ DEDİLƏR

 

Nərman Əbdülrəhmanlı, yazar, tərcüməçi

 

İyirmi beş ildən bəridir tərcüməylə intensiv məşğul olan adam kimi etiraf edim ki,indiyəcən bu yaradıcılıq sahəsinin dəqiq formulunu tapa bilməmişəm.Tərcümə nədi: bir əsəri yazıldığı dilin yaxud müəllifin qanunlarına üslubuna uyğun çevirməkdi,yoxsa öz dilində, öz ruhun çərçivəsində səsləndirməkdi? Bir onu bilirəm ki,xalqlar, millətlər, fərdlər, düşüncələr müxtəlif olduğu kimi tərcüməyə münasibətdə fərqlidi.

Məncə tərcümədə əsas şərt öz dilinin imkanlarını mükəmməl bilməkdi.Əlbəttə müəllfin ruhunu tutmaq, mətnin içinə girmək bunca məşəqqətli, naşükür işdən mənəvi zövq almaq da vacibdi,amma öz dilinə bələd deyilsənsə gördüyün işi yalnız texniki çevirmə adlandırmaq olar.

Hələ ki,hər bir əsərin öz yaşam hüdudların genişləndirməkdən ötrü tərcümədən başqa vasitə yoxdur.Elə buna görə də bütün sivil ölkələrdə tərcümə nasirlikdi, şairlikldə eyni hüquqa malik nüfuzlu yaradıcılıq sahəsi saylır.Təəssüf ki, bizdə tərcümə sənəti məktəb səviyyəsinə qaldırılmayıb.Hələ də “ikinci dərəcəli iş” olaraq qalır.

Çox vaxt tərcümədə orijinaldan çevirməni şərt sayırlar. Mənə belə gəlir tərcüməçi peşəkar öz dilinə bələd deyilsə, orijinaldan çevirmə belə öz dəyərini itirir.İstənilən qədər orijinnaldan zəif tərcümələr misal gətirmək olar.Amma ikinci dildən gözəl tərcümələr də az deyil.Əkrəm Əylislinin Q.Markesdən “ Gözlənilən bir qətlin tarixcəsi”, yaxud Henrix Bölün “O illərin çörəyi” povestlərinin ustalıqla tərcüməsini necə yada salmayasan.Əksinə E.Heminquyeyin orijinaldan çevrilən “Qoca və dəniz” povestini oxuyanda adamın ağlamağı gəlir.

Orijinaldan tərcümə imkanlarımzı məhdud oldğunudan (ingilis,fransız, alman dillərindən çevirən cəmi bir neçə peşəkarımız var) dünya ədəbiyyatımıza çıxışımız əsasən rus ( son illərdə həm də türk) tərcümə məktəbi dünyada ən möhtəşəm məktəblərdən biri olduğundan mən ikinci dil kim rus dilindən tərcümələrə daha çox bel bağlayıram.Düzdü Türkiyədə xarici yazıçıların əsərləri böyük həcmdə,həm də tez tərcümə olunur,amma o tərcümələrdə peşəkarlığın yüksək səviyyədə olmadığı qənaətindəyəm. Lap bu yaxınlarda bənzərsiz avstriya nasiri Tomas Bernardın “Ağac kəsmə” romanını iki tərcümədə oxudum,rus dilinə tərcümənin mükəmməlliyinə bir daha əmin oldum.

Az qala hamı Anadolu türkcəsindən Azərbaycan türkcəsinə çevirməni tərcümə saymır, uyğulama yaxud buna bənzər bir şey adlandırır.Onda belə çıxır,rus dilindən elə bu qədər də yaxın olan bolqar, belarus,ukrayna dillərinə çevirmə də tərcümə deyil.Mənə görə Anadolu türkcəsindən Azərbaycan türkcəsinə tərcümə yad dillərdən tərcümədən daha çətindi.Buna əmin olmaq istəyənlər görkəmli tədqiqatçı- professor Əsgər Rəsulovun “ Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan türkcəsi” monoqrafiyasını oxusunlar.O monoqrafiyada “yuğulama tərəfdarlarının nə qədər rüsvayçı təhriflərə yol verdikləri misallar verilib.

Bu gün tərcümə ilə məşğul olanların sayı əvvəlki dövrlərinkindən qat-qat çoxdu.Amma tərcümələrin səviyyəsinə bələd olanda məşhur “Əyləşirəm hər cümə, eyləyirəm tərcüsə” – deyimi yada düşür.

 

 

(Hər iki hissə davam edəcək)

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2009.- 31 dekabr.- S.27.