“Azərbaycan”
jurnalının növbəti
sayı işıq üzü görüb
Bu günlərdə “Azərbaycan”
ədəbi-bədii jurnalının
2009-cu il üçün
11-ci sayı çapdan
çıxıb. Jurnalın
bu sayı tənqidçi Vaqif Yusiflinin Azərbaycan Yazıçılar Birliyinin
75 illiyinə həsr etdiyi “Sənət məbədimiz” yazısı
ilə açılır.
Dərginin “Poeziya” bölümündə şairlərdən
İslam Sadıq, Bilal Alarlı, Əlihəsən Şirvanlı,
Şakir Xanhüseynli,
Atif İslamzadə və Sahib Aslanzadənin
şeirləri yer alıb. “Yeni tərcümələr” bölümündə
Uilyam Somerset Moemin “Sadiq arvad”
üçpərdəli komediyası
Yaşarın tərcüməsində
verilib. Macar şairi Şandor Petefinin jurnaldakı şeirlərini isə Ağasəfa tərcümə
edib. Mübariz Cəfərlinin “Əl” povesti və Xumar Ələkbərlinin
“İtirilmiş vaxt”,
“Vərdiş”, “Xilaskar”
hekayələri dərginin
“Nəsr” bölümündə
əksini tapıb. “Ədəbi gənclik” rubrikasında gənc şairlər Aynur, Xatirə Sadıqova, Fərid, Faiq Hüseynbəyli, Kəramət
Böyükçölün şeirləri oxuculara təqdim olunub. “Məmməd İsmayılın 70 yaşı”nda Cavanşir Yusiflinin “Məmməd İsmayılın bəxtinə
düşən gün...”
yazısı təqdim
olunub. “Qəzəl de ki...” yazısı
“Dəyirmi masa” bölümündə verilib.
Zakir Sadatlının
“Gündoğandan günbatana”
yazısı “Publisistika”
bölümündədir. Jurnalın “Tənqid
və ədəbiyyatşünaslıq”
rubrikasında Uğurlu
Fəxrinin “Nəsrin poetik axtarışları”,
Xatirə Quliyevanın
“Dünya maarifçi
ədəbi estetik fikrinin əsas prinsipləri”, Bəsirə
Əzizəliyevanın “Livanın
danışan dili” və Sədaqət Həsənovanın “Mikayıl
Müşfiq və ədəbi dilimiz” yazıları dərc edilib. Dərginin “Kitablar, rəylər” bölümündə Musa
Ələkbərlinin “Yoxuşlar
zirvəyə aparır”
yazısı yer alıb.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2009.- 31 dekabr.- S.23.