Məmməd Arazın xatirəsi
yad edilib
Dünən xalq şairi Məmməd Arazın xatirə günü idi. Bu münasibətlə
şairin yaxınları,
ailə üzvləri,
Məmməd Araz poeziyasının vurğunları
Fəxri Xiyabanda şairin məzarını
ziyarət etdilər.
Ölümündən beş il keçməsinə baxmayaraq,
Məmməd Araz yaradıcılığı indi
də oxucuların çox sevdikləri, tez-tez üz tutduqları poeziya xəzinəsidir. Elə yağışlı
dekabr günündə
çoxsaylı insanların
şairin məzarını
ziyarət etməsi də bu sevginin
bariz təzahürü
idi. Millət vəkili, yazıçı-publisist Aqil Abbas Fəxri Xiyabana toplaşanlara təşəkkürünü bildirərək, Məmməd
Arazın fiziki yoxluğunun ailəsi, yaxınları tərəfindən
hiss olunduğunu, ancaq onun mənəvi
ömrünün davam
etdiyini söylədi.
Aqil Abbas bildirdi ki, Məmməd
Araz poeziyası əbədi olaraq Azərbaycan xalqının
qəlbinə həkk
olunub, onun əsərləri şeirsevərlərin
yaddaşında daima yaşayacaq.
Ziyarətə gələnlər şairin məzarı üstünə çiçək
dəstələri qoydular.
525-ci qəzet.- 2009.- 2 dekabr.- S.7.