Görkəmli rəssam Ağarəhim Əliyevin xatirəsinə

 

Azərbaycan ictimaiyyətinə, mədəniyyəti incəsənətinə ağır itki üzü verib. Görkəmli rəssam, əməkdar incəsənət xadimi, ziyalı, əsl dost, qayğıkeş insan Ağarəhim Əliyev 78 yaşında vəfat edib.

Ağarəhim Əliyev 1931-ci ildə mayın 4-də Bakı şəhərində anadan olub. O, əmək fəaliyyətinə Azərbaycan Dövlət Dram Teatrında dekorator vəzifəsində çalışmaqla başlayıb. Eyni zamanda o, Ə. Əzimzadə adına İncəsənət peşə məktəbində təhsil alıb, peşəkar rəsm sənətinin incəliklərinə yiyələnib. Uzun müddət sevdiyi sənətlə məşğul olan rəssam Xalq Təsərrüfatı İnstitutuna daxil olaraq, iqtisadçı ixtisası da alıb. Xalq təsərrüfatının müxtəlif sahələrində çalışaraqİnturistÜmumittifaq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini, 20 ildən artıq Bakı şəhərinin ən böyük mehmanxanasının baş direktoru, Azərbaycan Otel Kompleksləri Assosiasiyasının prezidenti vəzifəsində çalışıb.

Ağarəhim Əliyev müxtəlif illərdə Dövlət Televiziya Radio Verilişləri Komitəsində quruluşçu hissənin rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Teatr Dekorativ İncəsənəti fakültəsinin dosenti kimi elmi yaradıcılıq fəaliyyətini davam etdirib. Akademik Milli Dram, Opera Balet digər teatrlarda bir sıra səhnələrin bədii quruluşu ilə məşğul olaraq, 20-yə yaxın bədii sənədli filmlərin quruluşçu rəssamı olub. Bu filmlərin arasında ulu öndər Heydər Əliyevə həsr olunmuş çoxseriyalı sənədli film, “Hər şey yaxşılığa doğru”, “Milli bomba”, “Yoxlama başqaları xüsusi yer tutur. Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü olan Ağarəhim Əliyev 1998-ci ildə Səttar Bəhlulzadə adına Rəsm Qalereyasında özünün bədii rəsm əsərlərindən ibarət şəxsi sərgisini keçirib. Eyni zamanda İlyas Əfəndiyev Fondunun İdarə Heyətinin üzvü İlyas Əfəndiyev Beynəlxalq Mükafatının müəllifi olub. Onun zəngin fəaliyyətini qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mədəniyyət sahəsində məhsuldar fəaliyyətinə görə Ağarəhim Əliyevə Əməkdar İncəsənət Xadimi fəxri adı verib.

Ağarəhim Əliyevin vəfatı ilə bağlı aldığım xəbər məni hədsiz kədərləndirdi. Aramızda 50 illik yaş fərqinə baxmayaraq o, həmişə mənə dost deyərdi, dəfələrlə Fondda, yaxud onun yerində müxtəlif tədbirlərdə, hətta xarici səfərlərdə belə bir yerdə olarkən, mən heç vaxt aramızda olan yaş fərqimizi hiss etməmişəm. Düzünü desəm, məhz Ağarəhim müəllim onu hiss etdirməzdi. O da onun əsl ziyalılığından, ağsaqqallığından, müdrikliyindən insaniyyətindən irəli gəlirdi. İndiki zəmanədə belə insanlara çox nadir hallarda rast gəlmək olar. Ağarəhim Əliyev kimi insanlar çox olsaydı, bəlkə bu dünya daha maraqlı, ədalətli şən olardı.

O, hamıya, istər uşaqlara, gənclərə, istərsə öz yaşıdlarına eyni dərəcədə hörmət etməyi bacaran bir insan idi; dostlarının xeyrinə-şərinə yarayan əsl dost idi. Həmişə gümrah, gülərüz, zarafatcıl, eyni zamanda sözünü deyən, ədalətli, özünə başqalarına hörmət eləməyi bacaran, hamıya əl tutan, ürəyiyumşaq bir insan kimi minlərlə insanın, onu sevənlərin xatirələrində yaşayacaq. Hər bir şəhərin özünəməxsus müxtəlif simvolları var, məncə, Bakının simvollarından biri Ağarəhim Əliyev sayıla bilər.

Ağarəhim Əliyevin vəfatı ilə əlaqədar mərhumun ailəsinə yaxınlarına şəxsən öz adımdan rəhbərlik etdiyim İlyas Əfəndiyev Fondunun adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.

 

 

Tural ƏFƏNDİYEV,

İlyas Əfəndiyev Fondunun prezidenti

 

525-ci qəzet.- 2009.- 2 dekabr.- S.7.