Sumqayıtda Hüseyn Arif yad edilib

 

Sumqayıt şəhər Səməd Vurğun adına Mədəniyyət Sarayında Azərbaycanın görkəmli şairi Hüseyn Arifin 85 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, millət vəkilləri Nizami Cəfərov, Qənirə Paşayeva, xalq şairi Zəlimxan Yaqub, yazıçı Eyvaz Borçalı, professor Məhərrəm Qasımlı, doktor Cavad Heyət, şairin ailə üzvləri şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Qonaqları salamlayan V.Əliyev H.Arifin 85 illik yubileyinin Sumqayıtda keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb. Tədbir zamanı çıxış edənlər şairin həyat yaradıcılığından, H.Ariflə bağlı xatirələrindən danışıblar. Gecənin sonunda musiqili qonaqlar tədbirə xüsusi ovqat qatıb. 

 

 

525-ci qəzet.- 2009.- 9 dekabr.- S.7.