Şirvanşahlar dövlətiBakı şəhərinin tarixitəqdim edilib

 

Dövlət Neft Akademiyasında görkəmli tarixçi alim Sara Aşurbəylinin bu il yenidən nəşr olunmuşŞirvanşahlar dövlətiBakı şəhərinin tarixikitablarının təqdimatı keçirilib. Tədbir sözügedən təhsil müəssisəsinin rektorluğu Heydər Əliyev adınaAzərbaycan-QazaxıstanDostluq Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşib. S.Aşurbəylinin kitablarının yenidən nəşrinin təşəbbüskarı daAzərbaycan-QazaxıstanDostluq Cəmiyyətidir. Cəmiyyətdən verilən məlumata görə, kitabların nəşrinə MoskvadakıAlmazElm İstehsalat Birliyinin baş direktoru İqor Aşurbəyli yardım edib. 

Akademiyanın rektoru, əməkdar elm xadimi, akademik Siyavuş Qarayev çıxışında Azərbaycanın beynəlxalq əlaqələrinin get-gedə genişləndiyini xüsusi vurğulayaraq Azərbaycan Qazaxıstan arasında sıx əlaqələrin yaradıldığını bildirib. S.Qarayev Sara Aşurbəylinin əsərlərinin böyük əhəmiyyətə malik olduğunu deyib.

Qazaxıstanin ölkəmizdəki səfiri S.Primbetov təqdim olunan əsərlərin Azərbaycanın böyük tarixinin aynası olduğunu, Vətənə, dünyaya çoxlu istedadlar bəxş edən Azərbaycan torpağına böyük məhəbbət hissi ilə qələmə alındığını diqqətə çatdırıb. Kitabların təqdimat mərasimindəAzərbaycan-QazaxıstanDostluq Cəmiyyətinin vitse-prezidentləri, ölkəmizin görkəmli ədəbiyyat incəsənət xadimləri Ömər Eldarov, Çingiz Abdullayev, Oqtay Mirqasımov başqaları iştirak ediblər.

Görüş zamanı ali məktəbin kiçik akt salonunda rəssamlar Sabir Çopuroğlunun Təranə Məmmədovanın əsərlərindən ibarət sərgi nümayiş etdirilib. Görüşün sonunda Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədov iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərlə əlaqədarAzərbaycan-QazaxıstanDostluq Cəmiyyətinin üzvlərinə cəmiyyətin prezidenti Eldar Günaydına minnətdarlıq edib.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 10 dekabr.- S.7.