Sizə ehtiyacımız
var...
Sağlığında xalqın sevimlisi
və öldükdən
sonra adı tarixin bəzəyi olmaq dünyada ən böyük səadətdir.
M.F.Axundov
O, doğrudan
da elin sevimlisi
idi. Bunu duymaq üçün onu tanıyanlarla bircə dəfə həmsöhbət olmaq kifayətdir.
Yaşasaydı 60 yaşı
tamam olacaqdı Quliyev Yusif İbrahim
oğlunun. Dostlarının,
doğmalarının əhatəsində
bu yubileyi qeyd edəcəkdi...
Amma tale yazan
öz hökmünü
başqa cür yazdı. 60 illik yubileyi onsuz qeyd olundu...
3 dekabr
2009-cu il tarixində Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən
xatirə günü onu insanlara yenidən
tanıtdırdı. Salona
daxil olanların ilk diqqətini çəkən
səhnədə qoyulmuş
böyük portret oldu. Son dərəcə nurlu bir sima
sanki dalğın baxışları ilə
tədbirə gələnləri
salamlayırdı. Şəklin
qarşısında olan
beş budaqlı şamdanda şölələnən
şamların alovu titrəyərək onun surətini bir az da nurlandırırdı.
Tədbir başlandı.
Dahi üzeyir Hacıbəyovun Nizaminin sözlərinə bəstələdiyi
"Sənsiz" romansının
həzin sədaları
salona yayıldı. Qəlbləri titrədən,
ürəkləri riqqətə
gətirən bu musiqi dalğa-dalğa salona axdıqca salonda əyləşənlərin
hıçqırıq səsləri
aydın eşidilirdi.
Onu insanlar sevirdi...
ürəkdən sevirdi...
Mülayim təbiətinə,
mehribanlığına, təmkinli
olmasına, yüksək
mədəniyyətinə, zəngin mənəviyyatına,
insanları dinləmək
bacarığına və daha nələrə, nələrə görə
sevirdilər onu.
O, həyatını
incəsənətsiz təsəvvür
etmirdi. ömrünün
böyük bir hissəsini sevdiyi musiqi sənətini böyüməkdə olan
gənc nəslə öyrətməyə həsr
etmişdi. Onun yetirmələri arasında
respublikadan kənarda da böyük uğurlar qazanıb, sevimli müəllimlərinin
üzünü ağ
edən şagirdləri
çoxdur.
Elə "Sizə
ehtiyacımız var!"
başlığı altında
təşkil olunan xatirə gecəsi də məhz onun uzun illər
direktor kimi fəaliyyət göstərdiyi
Bakı şəhəri,
Buzovna qəsəbəsi
4 nömrəli uşaq
incəsənət məktəbinin
məzun və şagirdlərinin ifası
ilə əhatələnmişdi.
Musiqi nömrələri
bir-birini əvəz etdikcə səhnədə
qoyulmuş monitorda Yusif Quliyevin həyat və yaradıcılığı ilə
bağlı süjetlər
nümayiş etdirilir,
eyni zamanda aparıcı Xoşqədəm
Bağırovanın səhnə
arxası diqtəsi eşidilirdi. Tədbirə
toplaşanlar bu gözəl insan və tələbkar müəllim barədə
yetərincə məlumat
alırdı.
İncəsənət onun həyatının əsas
qayəsi idi. Sevdiyi peşənin sirlərini sevə-sevə
yetirmələrinə öyrədirdi.
Məhz bunun nəticəsidir ki, onun diqqət yetirdiyi şagirdlər arasında müxtəlif festivalların
qalibləri, Prezident təqaüdçüsü, uşaq
folklor müsabiqələri
laureatları və diplomantlar var.
Tədbirin gedişi
vaxtı bu şagirdlər öz sevimli müəllimlərinin
xatirəsinə həsr
etdikləri musiqi nömrələrini böyük
məhəbbətlə ifa
edirdilər. Onlar sanki bu gün
Yusif müəllimin qarşısında imtahan
verirdilər. Amma bu imtahanın qiyməni tədbirə gələnlərin ürəyinə
yazılacaqdı.
Tədbirin proqramına
Yusif müəllimin çox sevdiyi əsərlər daxil edilmişdi.
Əlibəndə Əliyevin
kamançada ifa etdiyi "Şüştər"muğamı
elə bil hamını sehirləmişdi.
Daha sonra mahnı ifaçıları
Orxan Məmmədov, Kifayət Dadaşova, muğam ifaçıları
Arif Gözəlov və ülviyyə Rəhimova muğamın dili ilə öz
müəllimlərinə ehtiramlarını
bildirdilər. Fortepiano ifaçılarından
Abbas Abdullazadənin ifa etdiyi L.Bethovenin
sonatasından "Patetik"hissə
və Müşfiq Quliyevin ifa etdiyi
Raxmaninovun "Elegiya"əsəri
tədbir iştirakçılarında
həzin duyğular oyatdı.
İncəsənət məktəbi
şagirdlərinin ifa
etdiyi "Şahnazsayağı"
musiqi nömrəsini isə mərhum Yusif Quliyev sağlığında
özü hazırlamışdı.
çox təəssüf
ki, bu musiqi
nömrəsinin nümayiş
olunmasını
görmək ona
qismət olmadı.
"Leyla"
rəqs kollektivinin ifa etdiyi "İgidlər rəqsi"
tamamlananda bütün
salona toplaşanları
heyrət bürüdü.
Başlarında papaq,
əyinlərində milli
kişi paltarı olan bu rəqqaslar
şüx rəqsin sonunda papaqlarını çıxaranda onların
uzun saçları çiyinlərinə töküldü.
Qeyd olundu ki, bu rəqs
Yusif müəllimin ən çox sevdiyi rəqsdir. Bu rəqsi qızların ifa etməsində bir məqamı da qeyd etmək
yerinə düşərdi.
Həqiqətən Azərbaycanın
mərd və igid qızları lazım olan vaxt kişi paltarı geyinib kişilərlə çiyin-çiyinə
rəqs etməyi də, döyüşməyi
də bacarırlar.
Tədbirin sonunda incəsənət məktəbinin
direktoru Səadət Eminova Yusif Quliyev
barədə ürək
sözlərini dedi və gələn qonaqlara təşəkkür
etdi.
Beləcə, bir insan ömrü də xatirəyə çevrildi. Elə bir insan ki,
sağlığında elin
sevimlisi olub, dünyadan köçəndən
sonra isə adı doğma kəndinin tarixinə bəzək olmağa layiqdir..
Biz də
deyirik, 60 yaşın
mübarək, Yusif müəllim!
Gülarə Munis,
Azərbaycan Yazıçılar
və Jurnalistlər
Birliklərinin üzvü
525-ci qəzet.- 2009.- 10 dekabr.- S.15.