İki xalqın şairi” – Maqsud Şeyxzadə Mahnı Teatrında anıldı

 

Dekabrın 9-da Rəşid Behbudov adına Mahnı Teatrında Yaradıcılıq Fondunun təşkilatçılığı ilə Özbəkistanın görkəmli alimi şairi, əslən azərbaycanlı olan Maqsud Şeyxzadənin yubiley gecəsi keçirildi. Millət vəkili Eldar İbrahimov özünüiki xalqın şairi adlandıran” M.Şeyxzadənin şəxsiyyətinə irsinə Azərbaycanda hər zaman böyük ehtiram göstərildiyini bildirdi. Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev çıxışında ədəbiyyat tarixini çox gözəl bilən böyük dramaturqun əsərlərinin dəyərli ədəbi nümunələr olduğunu önə çəkərək, M.Şeyxzadənin əsərlərinin geniş öyrənildiyini təbliğ edildiyini söylədi.

Tədqiqatçı Əlizadə Əsgərlinn sözlərinə görə, M.Şeyxzadə istedadlı tərcüməçi, publisist eyni zamanda XX əsr özbək poeziyasının yaradıcılarından olub. Ə.Əsgərli yubilyarın həyat yaradıcılıq yolundan, ana vətəni Azərbaycana bağlılığından danışdı.

Tədbirdəİki xalqın bir oğlufilmindən fraqmentlər Maqsud Şeyxzadənin yaradıcılığının şah nümunəsi sayılanMirzə Uluqbəyfaciəsindən səhnə göstərildi. Özbəkistan Milli Elmlər Akademiyasının üzvü Akif Bağırov yubilyar barədə fikrini belə ifadə etdi: “Şeyxzadə Özbəkistanda yüksək qiymətləndirilir. Əzminə görə Əmir Teymura, elmi təfəkkürünə görə Mirzə Uluqbəyə, bədii irsinə görə Əlişir Nəvaiyə bənzəyən M.Şeyxzadənin irsi diqqətlə qorunub saxlanılır”.

Tədbirdə M.Şeyxzadənin şeirləri, Azərbaycan özbək musiqisindən nümunələr səsləndirilib.

 

 

AYTƏN

 

525-ci qəzet.- 2009.- 11 dekabr.- S.7.