Milli mədəniyyətimizdə tarixi hadisə – “Dünya ədəbiyyatı kitabxanası

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə nəşr olunanDünya ədəbiyyatı kitabxanasıseriyası böyük milli əhəmiyyəti olan layihədir. Klassik müasir dünya ədəbiyyatının görkəmli nümayəndələrinin, Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərlərinin, dünya ədəbiyyatı üzrə antologiyaların daxil olduğu bu seriyanın tərcüməsi (özü xüsusi qeyd etmək istərdim ki, orijinaldan tərcüməsi) nəşri ədəbi-mədəni həyatımızda, bütövlükdə milli inkişafımızda mühüm hadisə olacaq. Seriyanın nəşri Azərbaycan tərcüməçilik məktəbinin, redaktorluq korrektorluq peşəsinin yeni mərhələyə qalxmasına təkan verəcək. Dünya ədəbiyyatının ən parlaq müasir ədəbi düşüncəni ifadə edən nümunələrinin Azərbaycan dilində ilk dəfə orijinaldan tərcüməsi nəşrinin ədəbi fikrimizə, mədəniyyətimizə müsbət təsiri ilə yanaşı, ədəbi dilimizin təkamülündə böyük rol oynayacağı şübhəsizdir. Digər bir amil , dövlət rəhbərimizin milli təəssübkeşlikdən doğan sərəncamı sayəsində tərcüməçilərimizin, redaktorların, korrektorların əməyinin mənəvi həm maddi cəhətdən qiymətləndirilməsidir.

Bir çox dillərdən bədii əsərlərin orijinaldan tərcüməsini nəzərdə tutan bu layihənin yaradıcılıq işləri Şərqi Qərbi Avropa dillərinin tədris olunduğu Bakı Slavyan Universitetinə həvalə olunub. Kitabların tərtibatını, tərcüməsini, redaktə korrekturanı əhatə edən bu yaradıcılıq işlərinin icrası üçün universitetimizin mütəxəssisləri, eləcə respublikamızın bir çox yaradıcı adamlarıtərcüməçilər, redaktorlar, korrektorlar cəlb olunmuşdur. Bu vaxta qədər 150 cild kitaba daxil olacaq əsərlərin siyahısı hazırlanmış, tərtibat işləri aparılmışdır. Artıq 30-dan çox kitab ilk dəfə, böyük əksəriyyəti orijinaldan tərcümə edilərək universitetimizdəki işçi qrupuna təhvil verilmişdir. Hazırda işçi qrupu, yəni redaktorlar, korrektorlar bu tərcümələr üzərində işləyir. Qəbul edilmiş, təkrar edirəm, qəbul edilmiş çapa hazır bilinmiş, yalnız bundan sonra (!) “ŞərqQərbnəşriyyatına çap üçün göndərilmiş kitabların qonorarı tərcüməçilərə, redaktorlara korrektorlara ödənilmişdir. Hazırda 12 kitab çap olunmuş oxucular tərəfindən müsbət qarşılanmışdır. Bu kitablar universitetimizdə Bakı kitab klubunda təqdimat zamanı, eləcə mətbuatda yüksək qiymətləndirilmişdir. Digər kitablar üzərində isə hal-hazırda yaradıcı gedir. Redaktorla tərcüməçilərin son dəqiqləşdirmə tamamlama işləri hələ başa çatmayıb. Bu tərcümələr tələblərə cavab verən əsərlər kimi qəbul edilib nəşrə təhvil verildikdən sonra qonorar haqda danışmaq mümkündür. Yoxsa, gəlin, “Bəxtiyarfilmindəki kimi çalıb qurtarmamışpulumu verin!” qışqıran kontrabasçıya bənzəməyək. Prosesin real obyektiv, şəffaf aşkar mexanizmi bundan ibarətdir. Buna görə Yeni Müsavatqəzetinin 10 dekabr 2009-cu il sayında bu layihə ilə bağlı dərc olunmuş yazıdakı fikirlər təəccüb təəssüf doğurur. Şablon olaraqadının açıqlanmasını istəməyən mənbə”nin (kontrabasçının – ?) qəzetin redaksiyasının nəzərinə çatdırıram ki, hətta biz bəzi tərcüməçilərin, yazıçıların ədəbi mühitdə tanınan imzasını, yaradıcılıq təcrübəsini nəzərə alaraq, onların orijinaldan olmayan hətta vaxtsa çap olunmuş tərcümələrini qəbul etmişik. Hazırda bu kitablar üzərində mərhələ-mərhələ redaktə işi gedir. Bəzi kitablar ya qəbul edilməyib, ya da hələ çapa tam hazır deyil qonorarları kitablar nəşrə qəbul edildikdə veriləcək. Bir daha bildirmək istərdim ki, seriya üzərində ciddi gedir. Proses bütün mərhələləri ilə davam etməkdədir. Milli mədəniyyətimizdə tarixi hadisə olacaq bu nəcib layihəyə, böyük bir kollektivin fədakar əməyinə qısqanclıqla kölgə salmağa çalışan yazılar isə ancaq təəssüf doğurur.

Asif Hacıyev  Filologiya elmləri doktoru, professor

 

 

 Asif Hacıyev

 

525-ci qəzet.- 2009.- 11 dekabr.- S.7.