Avropa Şurasının
media ilə bağlı nəşr etdiyi kitabların təqdimatı keçirilib
Dünən Azərbaycan Media Mərkəzində
Avropa Şurasının
media ilə bağlı
nəşr etdiyi kitabların təqdimat mərasimi keçirilib. Mərasimi
giriş sözü ilə Avropa Şurası İnformasiya
Ofisinin Direktoru İlqar İbrahimli açaraq, Avropa Şurasının Azərbaycan
dilində nəşr
etdirdiyi yeni vəsaitlər barədə
məlumat verib. Qeyd edib ki, “Birgə
yaşayış” adlanan
birinci kitab “Media Work” beynəlxalq
təşkilatının idarəçi
tərəfdaşı Yaşa
Lenge, Avropa Audiovizual Observatoriyasının
Redaktorlar Şurasının
üzvü Tarlak Makqonaql və müqayisəli konstitusiya
hüququ sahəsində
elmlər doktoru, media eksperti Bissera Zankova tərəfindən hazırlanıb.
Bu kitab medianın sosial vəhdətə, mədəniyyətlərarası
dialoqa, anlaşmaya, tolerantlığa və demokratik proseslərdə iştirakına yardımçı
olmaq üçün
Avropa Şurasının
standartları haqqında
məlumat verir. Vəsaitdə insanlar arasında dialoqun və həmrəyliyin inkişafında medianın
mühüm rolu, həmçinin bu sahədə standartların
və müsbət təcrübənin təşviqində
Avropa Şurasının
rolu önə çəkilir. “Böhran
vaxtlarında ifadə
azadlığı-Avropa Şurası
Nazirlər Komitəsinin
rəhbər tövsiyələri”
adlanan ikinci kitabda isə oxuculara medianın hüquqları barədə
geniş məlumatlar verilir. Kitabda böhran zamanı Avropa Şurasının Nazirlər Komitəsnin söz azadlığına
dair direktivləri, demokratik cəmiyyətin əsaslarından olan informasiyanı əldə
etmək və onu ötürmək hüququ ilə əlaqəli müəyyən
məsləhətlər verilib.
Bu məsləhətlər
müharibə, terror aktları, təbii fəlakətlər kimi böhran vəziyyətləri
zamanı jurnalistlərə
yardımçı olacaq.
Buradakı mətnlər
rahat oxunaqlı və anlaşılan şəkildə tərtib
olunmaqla yanaşı,
həm də informativdir. Vəsaitin ön sözünün
müəllifi isə
Avropa Şurasının
keçmiş Baş
katibi Terri Devisdir. Ümumiyyətlə
hər iki kitab siyasətçilər,
hökumət nümayəndələri,
pedaqoqlar, media təmsilçiləri, qeyri-hökumət
təşkilatları, müxtəlif
ictimai qurumlar və gənclər üçün nəzərdə tutulub”.
Hər iki vəsaitin cari ilin noyabr ayında
ingiliscədən tərcümə
edilərək dekabr ayında nəşr olunduğunu diqqətə
çatdıran İ.İbrahimoğlu,
kitabların Avropa Şurası Bakı Ofisinin kitabxanasında yer alacağını da qeyd edib:
“Bu kitablar bizim kitabxanamızda olacaqdır.
Jurnalistlər, tələbələr,
eləcə də digər kateqoriyadan olan insanlar ofisimizə
təşrif buyurub bu kitablarla tanış
ola bilərlər. Bununla yanaşı, yanvar ayında kitabların onlayn versiyası www.coe.az saytında da yerləşdiriləcək. Kim
istəsə tanış
ola bilər”.
Mərasimdə Azərbaycanda Avropa Şurasının xətti
ilə həyata keçirilən layihədə
iştirak edən müstəqil ekspert Devid Qoldberq də çıxış
edib. O, ölkəmizdə media sahəsində vəziyyəti qiymətləndirdiklərini,
eyni zamanda Azərbaycan Respublikasının
Prezidenti yyəti ilə tanış olduqlarını söyləyib.
Qeyd edib ki, Azərbayyanında Mətbuatın İnkişafına
Dövlət Dəstəyi
Fondunun fəalican Avropa Şurasının üzvü olduğu üçün burada Avropa standartları tətbiq olunmalıdır.
Rufik İSMAYILOV
525-ci qəzet.- 2009.- 11 dekabr.- S.5.