Azərbaycan xalqı nə qədər varsa, Heydər Əliyev o qədər
yaşayacaq
Mərhum prezident
Heydər Əliyevin dünyasını dəyişməsindən
altı il
keçsə də, onun haqqında keçmiş zamanda danışmaq çox çətin, çox ağırdır. Çünki
onsuz müstəqil Azərbaycanı təsəvvür
etmək mümkün
deyil.
XX əsr çox böyük şəxsiyyətlər
yetişdirib. Lakin Heydər Əliyev bu şəxsiyyətlərdən
böyük nüfuzu,
qeyri-adi zəkası,
fitri istedadı, müdrik dövlət xadimi olmağı ilə daim seçilib.
Xalqını, dövlətini
böyük xalqların,
dövlətlərin sırasına
çıxaran dahi bir şəxsiyyət idi Heydər Əliyev. Ulu öndərimizin bütün
varlığı ilə
bağlı olduğu
doğma xalqı qarşısındakı xidmətlərinin
əsl dəyərini
müəyyənləşdirmək çox çətindir.
Onun bənzərsiz ömür
yolu, zəngin ictimai və siyasi fəaliyyəti müasir tariximizdə mühüm və şərəfli mərhələdir. Dövlətimizin
bərqərar olması,
ölkəmizin siyasi,
iqtisadi və mədəni inkişafı,
dünyanın nüfuzlu
siyasi qurumlarına inteqrasiyasında, bəşər
sivilizasiyasına qarışmasında
Heydər Əliyevin misilsiz xidmətləri var.
Yeni Azərbaycan Partiyası yarandığı gündən
bu partiyaya Azərbaycanın xilaskarı
kimi baxmışam. Çünki bu partiyanın yaradıcısı,
rəhbəri dünyaşöhrətli
siyasətçi Heydər
Əliyev olub. İndi Azərbaycanda o ailə tapılmaz
ki, heç olmasa bir nəfəri
bu partiyanın üzvü olmasın.
Birmənalı şəkildə
demək olar ki, indi siyasətlə
məşğul olmaq
istəyənlər yalnız
bu partiyaya üz tuturlar. Bunun isə yuxarıda da qeyd etdiyim kimi
bir səbəbi var: Yeni Azərbaycan
Partiyasının xalqın
partiyası, ulu öndərin partiyası olması. O partiya ki, Azərbaycanın xoş gələcəyi birbaşa onunla bağlıdır. Hələ
sağlığında Heydər
Əliyev-Xalq, Xalq-Heydər
birliyi ayrılmaz qüvvə kimi özünə yer tapıb. Bu gün isə leksikonumuza Xalq, Heydər Əliyev sinonim kimi daxil
olub. Bunları biri-birindən ayrı təsəvür etmək
mümkün deyil. Hələ sağlığında
ulu öndər deyirdi ki, Azərbaycanın
müstəqilliyi əbədidir,
dönməzdir. Hesab edirəm ki, Azərbaycan xalqı nə qədər varsa, Heydər Əliyev o qədər
yaşayacaq. Ona görə də bu gün Heydər
Əliyev yoxdur demək düzgün deyil. Biz 2003-cü ildə bu dahi
şəxsiyyəti cismən
itirdik. Bir daha deyirəm ki, Heydər Əliyev mənən hər vaxt Azərbaycan
xalqının yanında
olacaq.
Ulu öndərdən bizə
mütəqil Azərbaycan
qalıb. Heydər Əliyev Prezident kimi Azərbaycan Respublikasının dövlət
müstəqilliyini qorumaq,
demokratiyanı inkişaf
etdirmək, ölkənin
bazar iqtisadiyyatı yolu ilə tərəqqisinə
şərait yaratmaq, erməni təcavüzkarlarına
qarşı xalqın
ədalət müharibəsini
sülh vasitələri
ilə başa çatdırmaq, respublikanın
ərazi bütövlüyünü
bərpa etmək üçün yorulmadan çalışdı.
Dahi öndərimiz tərəfindən əsası qoyulan müstəqil respublikamızda bu gün onun siyasi kursunu cənab Prezident İlham Əliyev layiqincə davam etdirir. Onun apardığı qlobal, məqsədyönlü və ardıcıl siyasət bütün sahələrdə öz bəhrəsini verməkdədir. Məhz bu siyasət sayəsində ölkəmiz inkişaf tempinə görə dünyada ilk yerlərdən birini tutur. Bu gün ölkəmiz daha da müasirləşir, müxtəlif istiqamətlərdə inkişaf edir, cəmiyyətin demokratikləşməsi, əhalinin müxtəlif qrupları arasında milli birliyin olması istiqamətində uğurlu addımlar atılır.
İlham Əliyev Azərbaycanda perspektivinə hamının inandığı, siyasi nüfuzu ilə hesablaşdığı, gələcəyinə etibar etdiyi lider imici qazanıb. O, şəxsi, siyasi keyfiyyətləri, intellektual potensialı, siyasətə proqmatik baxışları, ictimai rəylə işləmək bacarığı ilə Heydər Əliyev kursunun layiqli davamçısı olmağını sübut etdi. İlham Əliyev siyasətdə böyük bir məktəb keçməsini real nəticələrə söykənən fəaliyyəti ilə sübut etdi.
Bu gün Azərbaycan xalqı ölkəmizin gələcəyinin İlham Əliyev faktoru ilə bağlı olduğuna inanır.
Məhəbbət İBRAHİMOVA
525-ci qəzet.- 2009.- 11 dekabr.- S.2.