Təhsil Nazirliyi ilə “Microsoft-Azərbaycan”
əməkdaşlıqla bağlı
memorandum imzalayıb
Dünən “Təhsildə Əməkdaşlıq”
Proqramı çərçivəsində
Təhsil Nazirliyi ilə “Microsoft-Azərbaycan”
şirkəti arasında
Anlaşma Memorandumu imzalanıb. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov
bildirib ki, Təhsil Nazirliyi ilə “Microsoft” şirkətinin Anlaşma
Memorandumu çərçivəsində
əməkdaşlığı
“2008-2012-ci illərdə Azərbaycanda
təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na dəstək məqsədilə
həyata keçirilir.
Nazirin sözlərinə
görə, burada əsas məqsəd təhsil informasiya kommunikasiya texnologiyalarının
(İKT) tətbiqi və
məktəblərin, təhsil
ocaqlarının internetə
bağlanmasıdır: “Hazırda
500-ə yaxın ümumtəhsil
məktəbi internet sisteminə qoşulub və gələcəkdə
bunun sayı artırılacaq. Birgə
Anlaşma Memorandumu məktəblərin internetə
qoşulması, məktəblərdə
qoşulan kompyuterlərin
lisenziya məsələri,
müəllimlərin treninq,
beynəlxalq tədbirlərdə,
olimpiadalarda iştirakını
təmin etmək üçün şərait
yaradacaq. Bundan əlavə şirkət yeni imkanlar yaratmaq
və təhsili daha da təkminləşdirmək
üçün yüksək
potensiala malik olan 3 əsas istiqamətdə çalışır.
“Microsoft” sıradan olan bir şirkət deyil, bu işdə
lider şirkətdir. Ona görə
də həmin şirkətlə belə
bir əməkdaşlıq
haqqında sənədin
imzalanmasını uğurlu
bir hadisə hesab edirik”. M.Mərdanov qeyd edib ki,
memorandum çərçivəsində müəllimlər üçün
treninqlər keçiriləcək,
məktəblilər üçün
yeni imkanlar yaradılacaq, ümumilikdə
təhsil sistemi təkmilləşdiriləcək.
“Microsoft-Azərbaycan” şirkətinin
Orta və Qərbi Avropa üzrə “Təhsildə
Əməkdaşlıq” Proqramının
rəhbəri Teodor Milev Azərbaycanla əməkdaşlığı davam etdirəcəklərinə
hazır olduqlarını
deyib. Onun sözlərinə görə, bundan sonra da müəllimlərin,
şagirdlərin uğur
qazanması üçün
məktəblərə kömək
etməyə hazırıq.
“Microsoft-Azərbaycan” şirkətinin
baş direktoru Teymur Axundov isə bildirib ki, bu günlərdə
şirkət nazirliklə
birgə müsabiqə
keçirib. Müsabiqənin məqsədi orta
məktəblərin tədris
prosesində ən yaxşı innovasiya üsullarını tətbiq
edən müəllimlərin
seçilməsi olub.
Müsabiqə iki nominasiya
– “Məzmunda innovasiyalar”
və “Tərəfdaşlıqda
innovasiyalar” üzrə
keçirilib. “Məzmunda innovasiyalar” nominasiyası üzrə məktəbin dərs proqramında innovativ yanaşma və informasiya texnologiyalarından
səmərəli istifadə
etmək yolu ilə tədris proqramının hazırlanmasına
imkan verən ən yaxşı təhsil layihəsi seçilib. “Tərəfdaşlıqda
innovasiyalar” nominasiyasında
isə müəllim,
şagird, məktəb,
valideyn və sair kimi müxtəlif
qrupları daha effektiv şəkildə cəlb edən tədris layihəsi müəyyən olunub: “İki mərhələdə
keçən müsabiqənin
finalında 20 müəllim
iştirak edib. Hər iki nominasiya üzrə müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri
tutan qaliblər
“Microsoft-Azerbaican” şirkəti
tərəfindən qiymətli
hədiyyələrlə mükafatlandırılıblar”.
S.Qarayeva
525-ci qəzet.- 2009.- 11 dekabr.- S.2.