Kinorejissor Fikrət Əliyevin
70 yaşı tamam olur
2009-cu il dekabrın 12-də
dəyərli rejissor Fikrət Əliyevin 70 yaşı tamamlanır. 1966-cı ildə “Azərbaycanfilm” kinostudiyasında
rejissor asisstenti kimi işə başlayan Fikrət Əliyev quruluşçu
rejissor səviyyəsinə
yüksəlib və bu gün də
fəaliyyətini davam
etdirir, O öz yaradıcılığı və
dəsti-xətti ilə
Azərbaycan kinosunun inkişafında və formalaşmasında xüsusi
rola malikdir.
Fikrət Əliyev 12 dekabr 1939-cu ildə Bakı şəhərində anadan
olub. 1962-66-cı illərdə
İncəsənət institutunda
Adil İskəndərovun
kursunda, 1971-72-ci illərdə
Moskvada Ali rejissor kurslarında təhsil alıb və “Azərbaycanfilm” kinostudiyasına
qayıdaraq yaradıcı
fəaliyyətini davam
etdirib. İlk işi 1972-ci ildə
çəkilən, tamaşaçılar
arasında rəğbət
qazanmış “Baladadaşın
məhəbbəti” filmi
olub.
“Mozalan” satirik kinojurnalında 20-yə
yaxın süjetin müəllifi olan sənətkar, 1981-ci ildə
“Qızıl uçurum”,
1986-cı ildə “Qoca
palıdın nağılı”
1994-cü ildə “Yuxu,”
2009-cu ildə “Ölüm
növbəsi”bədii filmlərinin
quruluşçu rejissoru
və bir sira sənədli filmlərin rejissoru kimi çalışıb.
İstedadlı sənətkar bir çox filmdə aktyor kimi çəkilib. “Torpaq, Dəniz, Od, Səma” filmində Böyük Murad rolu, “Dəli
Kür” filmində Şamxal rolları yaddaqalan obrazlardandır.
2003-2008-ci illərdə Lider TV-nin dublyaj şöbəsində
rejissor işləyərək
onlarla xarici filmin doğma dilimizə professional səviyyədə
dublyajını həyata
keçirib.
Onun filmləri Beynəlxalq Festivallarda iştrak edərək bir sıra mükafatlar qazanıb.
Azərbaycanın Əməkdar İncəsənət
Xadimi fəxri adına layiq görülmüş Fikrət
Əliyev Professional Kinorejissorlar
Gildiyasının üzvü
olaraq milli kinematoqrafiyanın inkişafında
fəal iştirak edən və dostları arasında böyük nüfuza malik olan bir
sənətkardır.
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının
Bürosu Fikrət Əliyevi dəyərli və əziz həmkar kimi 70 illik yubileyi münasibətilə səmimi
qəlbdən təbrik
edir, ona möhkəm cansağlığı
və daha yüksək yaradıcılıq
zirvələri arzulayır.
525-ci qəzet.-
2009.- 12 dekabr.- S.23.