Başkeçid Etimadı

 

Əşşi, belə şair olar? Heç zarafat-zad eləmir. Etimad Başkeçidi deyirəm. Qeybət elədiyini eşitməmişəm. Ədəbiyyat haqqında uzun-uzadı axmaq axsaq mübahisələrə girişdiyini . Tez-tez kitab çap etdirmir, mətbuataməndən başqa hamı yalandırtipli müsahibələr vermir. Hətta bir az dərinə getsəm, onu qaraqabaq adam da adlandıra bilərəm. Qırxdan çox yaşı var, cəmi bircə kitabı çıxıb.

Yox ey, qardaş belə olmaz, o günü getmişik toya, görürəm, saat on olmamış durub gedib evə. Hara gedirsən axı, ay Etimad bəy, hələ bizim bu şair yığnağı axıra kimi oturacaq, toy başa çatandan sonra da özlərini verəcəklər pivəxanaların birinə. Elə o pivə məclisindəcə başlayacaqlar bir-birini acılamağa. Pivəxanadakı bütün qonşu stollar tamaşa edəcək bunların dava-dalaşına. Hələ səhəri günü demirəm. Bəh-bəh-bəh, heç olmamış kimi bir-birinə zəng vurmalar, görüşə dəvət etmələr (guya mərd oğlanlardır, içki söhbətinə qayıtmırlar), beyinlərindəki qurdların növbəti üsyanına kimi bir-birlərinə dedikləri uzun-uzadı tərifnamələr... Şairliyin resepti bütün bu sadaladıqlarım deyilmi? Etməgil! Özün Qorki adına Ədəbiyyat İnstitutunu bitirmisən, bizdən yaxşı bilirsən ki, şairlik olan şeydir. İlhamın cövlan eləyir, şeirlərini oxuyanda elə bil adamın üstünə tank gəlir:

 

Silkinər, qovzanar, kişnər at kimi,

Bu çölün üstünə o çöl yürüyər.

Bu zülmət gecəyə, ya Həbib Allah,

qurşun işləyər, yol yürüyər.

 

Qurban olum sənə ay Allah. Bu enerjidir, bu nəfəsdir? Bu ilhamdır? Tez şairin təxəllüsü düşür yadıma: Başkeçid. Hər şey aydındır.

Məclislərin birində nəsil estetika qarşıdurması barədə söhbət düşdü. Söhbətindən tutdum ki, kimin hansı yuvanın quşu olduğunu yaxşı bilir cəbhəsindən asılı olmayaraq, istedadlı adamlara dərin sevgisi, sayğısı var. “Qorkiməzunu olan yazarımız rus dilini mükəmməl bilir. Ötənlərdə roman yazdığını eşitdim. Məndən olsa, kitabı Rusiyada çap etdirər. Onsuz da bizdə çox zaman adamözünü xaricdə sübut eləyəndən sonradaha hörmətli olur. Ortada qos-qoca Əkrəm Əylisli, yaxud musiqidə Alim Qasımov örnəyi var. Azərbaycanda isə bədii mətndən əvvəl adamın siyasi dünyagörüşü ilə maraqlanırlar. Hansı tərəfdədir, hansı partiyaya rəğbəti var, hansı siyasi liderlə şəkli var, hansı ədəbi təşkilatın üzvüdür... Şübhəsiz ki, bütün bunların önəmi olmamış deyil. Yazıçının ziyalı mövqeyi olmayanda onun yazdıqları gözdən düşür. Amma hər şeydən öncə səmimiyyət olmalıdır. Yoxsamən müxalifət ruhlu yazaramdeyibən telefonunu deputat nömrələri ilə bəzəyəsən? Bunu qəbul etmək olmur.

Əziz Etimad bəy! Uzun müddətdir qürbətdə yaşadığını bilirəm. Hekayələrində qürbətçilik, qəribsəmək yalançı sentimental ruhda yox, mənəvi-psixoloji planda qələmə alınıb. Bizim elə kişi yazarlar var ki, darıxmaqları qadın darıxmağıdır. Uzun illər qadın yazarlarımız kişi kimi, kişi yazarlarımız qadın kimi yazıblar. Etimadın hekayələrində isə onları qələmə alan yazıçı ilə birlikdə qədim-qayım bir türk kişisi addımlayır. Bu iki Etimad bir-birinə nəinki mane olur, əksinə kömək edir, dialektik vəhdətdədir. Məsələn, oxuyanda ağladığımVelosipedhekayəsi, bununla yanaşıVeyil dərəsi”, “Devri-aləm bir gün”ün təhkiyəsində dastançılıq ovqatı hiss olunur. Hekayələr mənə böyük türk yazıçısı Yaşar Kamalın təhkiyəsini xatırladır. Fikrimcə, yeni tipli türk nəsri Yaşar Kamalla inkişaf etdiyi kimi, bizdə yeni yazıçılar nəsli bu cür köklü-köməcli mətnlərin üzərində qurulacaq. Etimad Başkeçidin yazılarını oxuyanda elə bil çoxdan unutduğum kədərli bir hadisəni yaxud maraqlı bir insanı xatırladım. Mənə elə gəldi ki, bu kitabı vaxtsa birinci cümləsindən axırıncı cümləsinə kimi əzbər bilmişəm. Sonra hamısını unutmuşam. Onun şeirlərini, hekayələrini oxuduqca, hər şey bir-bir yadıma düşürdü. Bəlkə elə qan yaddaşı deyilən şey budur. Müəyyən dövrdə adam ordan uzaqlaşar, gedər məmləkətlər gəzər, kitablar oxuyar, cürbəcür adamlar tanıyar, amma bayaq dediyim yaddaş onu heç vaxt tərk etməz. Əvvəl-axır çevrə gəlib qapanar, bir görərsən ki, elə beləcə yazmısan:

 

Başkeçid tövbəkar, mübtəla, düşkün,

Qəddin xışmalandı, hala düşdün,

Öl qurtar, vallahi, kişilikdimi?

Əyilə-əyilə çuğul yürüyər.

 

Adam az qalır gedib bu şeirlərin müəllifinə elə beləcə desin: “Bağışlayın, Sizə əllə toxunmaq olar?” Şeirlərdə bəzən hecalar qırılır, amma intonasiya axsamır. Dördhecalı misrada on bir hecalıq enerji olur. Məsələn, Şərif Ağayara həsr edilmişQarşı yatan qara dağın binasışeirinə fikir verək:

 

Dəlmədeşik,

Paramparça,

Çilməçilik,

Ötələrdən varaqlanan gündəlik.

İllər ili yürdük, könül bəslədik,

Gör təhər çatlar sınar, tökülər.

 

İlk tanış olduğumuz vaxtlarda qaraqabaqlığını heç bəyənməzdim. Mənə elə gəlirdi ki, həddindən artıq özündənrazı adamdır. Sonralar öyrəndiyim bütün ciddi ədəbi mətləblərin işartılarını onun kitabında gördüm. Çox danışmağı sevməməyinin əsas səbəbini bir çox şeyləri bilməsi ilə əlaqələndirirəm:

 

Niyyətinə dövran yapdın, nəf nədir,

İşin Allah tərəfində, kef nədir,

Dəlil-isbat meydanında laf nədir,

Qədəyi, gəl, açılmayan dil mənim.

 

Bu misraların müəllifi “internet şairləridövründə sükuta qərq olmalı idi. Başqa cür ola da bilməzdi. Bəlkə səhv deyirəm, Etimad bəy?!

 

 

Mövlud MÖVLUD

 

525-ci qəzet.- 2009.- 12 dekabr.- S.20.