Xaqani Şirvaniyə
həsr olunmuş elmi seminar keçirilib
M.F.Axundov adına
Milli Kitabxanada “Bakı – İslam mədəniyyətinin paytaxtı
– 2009” tədbirlər planı
çərçivəsində
İSESKO-nun Regional Mərkəzi, Mədəniyyət və
Turizm Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı
ilə XII əsr görkəmli Azərbaycan
şairi Əfzələddin
Xaqani Şirvaninin yaradıcılığına həsr
olunmuş elmi seminar təşkil edilib. Mədəniyyət və
Turizm Nazirliyindən verilən məlumata görə, AMEA Ədəbiyyat
İnstitutunun direktoru,
akademik Bəkir Nəbiyevin sədrliyi ilə keçirilən tədbiri giriş sözü ilə mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev çıxış
edərək həyata
keçirilən tədbirin
əhəmiyyətindən danışıb.
Seminarda akademik Bəkir Nəbiyev Əfzələddin Xaqaniyə
həsr olunmuş “Poetik istedadla həyat həqiqətinin
nadir vəhdəti” mövzusunda
məruzə ilə çıxış edib:
“Xaqani Şirvani klassik Şərq poeziyasının bütün
janrlarında yüksək
sənətkarlıq nümunələri
yaradıb. Onun zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanı, “Töhfətül-İraqeyn”
poeması, bədii nəsrin maraqlı nümunələri olan 60
məktub, divanındakı
şeirlər, qəsidə,
qəzəl, mədhiyyə,
mərsiyə, rübaidən
ibarətdir”.
Tədbirdə akademik Vasim Məmmədəliyev,
AMEA-nın müxbir üzvləri Teymur Kərimli və Rafael Hüseynov, filologiya elmləri doktorları Tərlan Quliyev, İmamverdi Həmidov, Nüşabə Araslı,
Şəfəq Əlibəyli
və başqaları
məruzələrlə çıxış
ediblər.
SARA
525-ci qəzet.- 2009.- 15 dekabr.- S.7.