Azərbaycanlı şairənin adı Almaniyada nəşr olunan ensiklopediyada yer alıb

 

Almaniyanın birləşməsinin 20 illiyi münasibətilə “Who is who” (Kim kimdir”) Hübner nəşriyyatı bu ölkədəki nüfuzlu kişi qadınlardan ibarət xüsusi yubiley ensiklopediyası buraxıb. İki cilddə nəfis şəkildə tərtib edilən ensiklopediyada Almaniyanın siyasətində, iqtisadiyyatında mədəniyyətində görkəmli yer tutan şəxslərdən bəhs olunur. Nəşrdə 22 min 200 şəxsin fotosu, biblioqrafiyası ünvanı yer alıb. APA-nın məlumatına görə, nəşrdə yeganə azərbaycanlı olaraq, Almaniyada N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşinin bioqrafiyasına yer verilib.

O, ensiklopediyada mədəniyyət xadimi, yazıçı, şairə Almaniyada N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru, dünya şöhrətli azərbaycanlı yazar Məhəmməd Əsəd Bəyin (Qurban Səidin) tədqiqatçısı, Azərbaycanın minillik klassik ədəbiyyatınınPərvanə şamadlı antologiyasının alman dilinə tərcüməçisi Qafqaz Amazonlarının tədqiqatçısı kimi təqdim olunub. Bundan başqa, N. Atəşi ensiklopediyadaQafqazın vəhşi Amazonutəxəllüsü ilə verilib.

 

 

 525-ci qəzet.- 2009.- 15 dekabr.- S.7.