Filarmoniyada Beynəlxalq Şeir Gecəsi

 

MƏRASİM YAZIÇILAR BİRLİYİNİN YUBİLEYİ ÇƏRÇİVƏSİNDƏ TƏŞKİL OLUNUB  

 

M.Maqomayev adına Dövlət Filarmoniyasında Yazıçılar Birliyinin 75 illik yubileyi çərçivəsində Beynəlxalq Şeir Gecəsi keçirilib. Tədbirin aparıcısı şair Fikrət Qoca yubiley tədbirlərinin davamı kimi keçirilən beynəlxalq şeir gecəsinin əhəmiyyətini xüsusi vurğulayıb. Ədəbi əlaqələrin genişlənməsi müxtəlif ölkə şairlərinin bir araya gəlməsi istiqamətində belə tədbirlərin zəruriliyinin önə çəkib: “Beynəlxalq şeir gecəsi şairləri bir yerə toplamaqla yanaşı onların bir-birinin yaradıcılığını daha yaxından tanımasına səbəb olur. Yazıçının yazıçıdan yaxın qohumu yoxdur. Bu qohumların bir yerə yığılmasından yaxşı ola bilər?” Fikrət Qoca çıxışını iki qısa şeirlə başa çatdırıb, sözü türkiyəli həmkarı Ataol Bəhramoğluya verib.

Ataol Bəhramoğlu tədbirdəTürkiyə, üzgün yurdum, gözəl yurdumşeirini oxuyub.

Şair Zəlimxan Yaqub Yazıçılar Birliyinin 75 illik yubiley tədbirlərindən məmnun qaldığını bildirərək, ictimai məzmunluŞəkil çəkmək istəyirəmşeiri ilə çıxış edib.

“25 il öncə Azərbaycana gələndə Göygölü görmüşdüm. Onda bu gözəl təbiət nümunəsi məni çox heyran etmişdi. Həmin vaxt ölməz Azərbaycan şairi Əhməd Cavadın xatirəsinə həsr etdiyimGöygölşeirini yazmışam. İndi onu oxumaq istəyirəm”. Bu fikirləri tədbirdə türkiyəli şair Ali Akbaş səsləndirib.

Şair Nəriman Həsənzadə bu şeir bayramında yaradıcı adamların bir yerə toplaşmasından şad olduğunu bildirərək, “Qaçaq Kərəmşeirini oxuyub.

Ukraynanın xalq artisti Larisa Kadırovanın çıxışını qonaqlar xüsusi alqışlayıblar. Ukraynalı sənətçi öz həmvətənlərinin şeirlərindən nümunələr seçərək, qonaqlara çatdırıb. O, şair Səlim Babullaoğlunun Ukraynada işıq üzü görmüş kitabından da şeirlər deyib. L Kadırova şairləri sözü yaratdıqlarını, aktyorların isə o sözü dünyaya çatdırdıqlarını vurğulayıb: “Mən bayaqdan Azərbaycan dilində şeir oxuyan şairlərinizi dinləyirəm, bu dildə oxunan poetik nümunələr mənə mahnı təsiri bağışlayır”. Xalq artisti çıxışını Ukrayna dilində oxuduğu beşik nəğməsi ilə yekunlaşdırıb.

Şair Söhrab Tahir gecədə, Z.Yaqubun xahişi ilə, “Yaxşılıqşeirini söyləyib.

Türkiyəli şair İrfan Ciftçi Azərbaycanıata yurduadlandıraraq, milli şeirimizin ustad şairlərin yaradıcılığı vasitəsilə dünya poeziyasına yol açdığını vurğulayıb.

Gürcü şairəsi Maqvala Qonaşvili ölkəmizdə özünü vətənindəki kimi hiss etdiyini diqqətə çatdırıb. Şair Əjdər Ol M.Qonaşvilinin Azərbaycan dilinə tərcümə olunmuş kitabından şeirləri tədbir iştirakçılarına oxuyub.

Gecədə xalq şairi Sabir Rüstəmxanlı,Çingiz Əlioğlu, Çingiz Bektaş, Ənvər Ərşad başqaları da şeirlərini təqdim ediblər.

 

 

SARA 

 

525-ci qəzet.- 2009.- 17 dekabr.- S.7.