“Yazıçılar
Birliyi milli dəyərlərin təbliğində
müstəsna rol oynayıb”
“BU 75 İLDƏ BİRLİYİN ƏDƏBİ
ORQANLARI MİLLİ MƏNLİYİMİZİN VƏ
DİLİMİZİN KEŞİYİNDƏ DAYANIB”
Dövlət Gənc
Tamaşaçılar Teatrında
Azərbaycan Yazıçılar
Birliyinin (AYB) və “Ədəbiyyat qəzeti”nin
75 illik yubileyi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə
AYB-nin fəaliyyətini
əks etdirən videofilm nümayiş olunub. Giriş sözü ilə çıxış edən
baş nazirin müavini, xalq yazıçısı Elçin
Əfəndiyev Birliyin
Azərbaycan ədəbiyyatının
inkişafında və
milli mənəvi dəyərlərin təbliğində
müstəsna rol oynadığını bildirib:
“Azərbaycan ədəbiyyatının
son 75 ildəki ən yaxşı nümunələri
məhz AYB-nin ədəbi orqanlarında
nəşr olunub. Bu ədəbi orqanlar milli mənliyimizin və dilimizin keşiyində dayanıb.
Azərbaycan xalqının
özünüifadəsində və bunun tariximizin
sovet dönəmi kimi mürəkkəb və ziddiyyətli bir dövründə milli özünütəsdiqə
gətirib çıxarmasında
AYB-nin ciddi, bəzi məqamlarda isə həlledici rolu olub”. E.Əfəndiyev
dövlətin AYB-yə
böyük diqqət
və qayğıyla yanaşdığını qeyd
edib: “Yazıçılar
Birliyinin qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndərin ədəbiyyatımıza diqqəti
sayəsində təşkilatın
ədəbi orqanları
dövlət büdcəsindən
maliyyələşdirilir. Bu gün yaşa dolmuş onlarla yazıçımız dövlət
başçısı İlham
Əliyevin müvafiq sərəncamları ilə
prezident təqaüdü
alır. Eyni zamanda, onlarla yaşlı və gənc yazıçıya,
şairə prezident mükafatı verilir. Dövlətimizin başçısının
təşəbbüsü ilə AYB-nin binası müasir üslubda əsaslı şəkildə təmir
edilib. Yazıçılar
Birliyinin 75 illiyinə
həsr olunmuş silsilə tədbirlər də prezidentin müvafiq sərəncamı
ilə həyata keçirilir. Bütün
bunlar dünyanın heç bir ölkəsində bənzəri
olmayan nadir hadisələrdir”.
Tədbirdə çıxış
edən AYB-nin sədri, xalq yazıçısı Anar
Birliyin tarixi inkişaf yolundan söz açıb. AYB rəhbəri dünyanın
otuza yaxın ölkəsinin tanınmış
ədəbiyyat nümayəndələrinin
iştirakı ilə
keçirilən “Sərhədsiz
söz” III Beynəlxalq
Bakı Forumunun artıq başa çatdığını bildirib.
Anar AYB-nin bölgələr üzrə
11 filialının olduğunu
vurğulayıb, hazırda
qurumda ədəbi orqanlarla yanaşı, tərcümə və ədəbi əlaqələr
mərkəzinin də
fəaliyyət göstərdiyini
deyib. AYB sədri yubiley ərəfəsində
görülən işlər
barədə qonaqlara ətraflı məlumat verib: “Tədbirlər planına uyğun olaraq Yazıçılar
Birliyinin fəaliyyəti
dövründə quruma
rəhbərlik etmiş
yazıçı və
şairlərin, ədəbiyyatımızı
zənginləşdirən qələm sahiblərinin
həyat və fəaliyyətlərindən bəhs
edən dərgilər
nəşr olunub, qurumun saytına yeni internet portalı əlavə edilib və rus dilində
üçcildlik Azərbaycan
poeziyası antologiyası
hazırlanıb. Son illərdə
Azərbaycan yazıçılarının
dünyanın müxtəlif
ölkələrində əsərləri
çap olunur. Bu istiqamətdə gələcəkdə
də ardıcıl işlər görüləcək”.
Anar AYB-nin yaşıdı olan “Ədəbiyyat qəzeti”nin
fəaliyyətini yüksək
qiymətləndirib: “Ədəbiyyat
qəzeti”nin gənc istedadların üzə çıxmasında böyük
xidmətləri olub”.
Tədbirdə görkəmli
qazax şairi və alimi, ictimai-siyasi xadim Oljas Süleymenov və başqaları Azərbaycan Yazıçılar
Birliyini, onun ədəbi orqanı olan “Ədəbiyyat qəzeti”ni 75 illik yubiley münasibətilə
təbrik ediblər.
SARA
525-ci qəzet.- 2009.- 18 dekabr.- S.7.