İncəsənət Muzeyinə Üzeyir Hacıbəyli ilə bağlı kitablar təqdim olunub
MUZEYƏ HƏDİYYƏ VERİLƏN
KİTABLARI HEYDƏR ƏLİYEV FONDU NƏŞR
ETDİRİB
Bu günlərdə
R.Mustafayev adına
Azərbaycan Dövlət
İncəsənət Muzeyinin
kitabxanasına Heydər
Əliyev Fondu tərəfindən nəşr
edilmiş yeni kitablar hədiyyə verilib. Altı nəşrdən ibarət kitab dəstində dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin
həyat və yaradıcılığı geniş
şəkildə şərh
olunub. "Ömür salnaməsi"
adlı kitabda sənətkarın həyat
yolu biblioqrafik şəkildə, "Bədii
və publisistik əsərləri" kitabında
isə tarixi-xronoloji ardıcıllıqla qəzet
və jurnallarda çap edilmiş yazıları yer alıb. Sənətkarın "Leyli və
Məcnun", "Koroğlu",
"Arşın mal alan"
və "O olmasın,
bu olsun" əsərlərinin notları
ayrılıqda nəşr
edilib. "Muğam ensiklopediyası"
adlı digər kitab dəstinin ilk kitabında ensiklopedik məlumatlar verilirsə, digərlərinə, ustad
sənətkarlardan başlayaraq,
milli muğam sənətimizi yaşadanların
ifaları yazılmış
disklər daxildir.
MÜRVƏTQIZI, S.
525-ci qəzet.-2009.-11 fevral.-S.7.