13 faiz insanın dünyaya övlad gətirə bilməməsi bizi düşündürməlidir"

 

MİLLİ MƏCLİSİN SOSİAL SİYASƏT KOMİSSİYASININ SƏDRİ HADİ RƏCƏBLİ: "SURROQAT ANA" XİDMƏTİNDƏN İSTİFADƏ EDƏN XEYLİ SAYDA İNSANLARIMIZ MÖVCUDDUR"

 

- Hadi müəllim, məlum olduğu kimi, yaz sessiyasının gündəliyinə daxil olan qanun layihələri arasında ətrafında böyük hay-küy yaranan, müzakirəsi birinci oxunuşda yarımçıq saxlanılan "Reproduktiv sağlamlıq ailə planlaşdırılması haqqında" qanun layihəsi var. O da məlumdur ki, qanun layihəsində ən çox mübahisə mövzusu olan məsələlərdən biri "surroqat ana" məsələsidir. Buna qarşı ən radikal formada çıxış edənlərdən biri isə Şeyxülislam Hacı Allahşükür Paşazadə cənablarıdır...

 

- Bəli, mən şeyx həzrətlərinin bu yöndəki fikirləri ilə tanışam. Şeyx cənabları bildirir ki, "surroqat ana" olmaz, çünki bu, islama ziddir. O zaman şeyx cənablarına onu da sual verək ki, araq içmək olar, yoxsa olmaz? O, əlbəttə, deyəcək ki, olmaz. Ancaq özünüz şahidsiniz ki, bu gün cəmiyyətin yarıdan çoxu araq içir. Bu prinsiplə yanaşsaq, onda transplantasiyanın - orqan dəyişmənin özü günah sayıla bilər. Bəzən bir insanın ürəyini dəyişirlər, bəzən bir insanın böyrəyini başqa bir insana köçürürlər sair. Biz, əgər o məntiqlə yanaşsaq, onda gərək bu orqan köçürmə prosesini günah sayaq. Hesab edirəm ki, bu, düzgün yanaşma deyil. Bu, əslində, bayaq qeyd etdiyim kimi, yeniliyin hələ cəmiyyət tərəfindən tam qəbul olunmamasıdır. Ancaq çox maraqlıdır ki, biz bunun qədər əleyhinə danışsaq da, buna qarşı getsək , bunlar real həyatda var. "Surroqat ana" xidmətindən istifadə edən xeyli sayda insanlarımız mövcuddur...

- Necə hesab edirsiniz, sözügedən qanun layihəsi ilə bağlı mübahisəli məsələləri çözmək üçün dindarların, din xadimlərin, dinşünasların, yaradıcı insanların iştirakı ilə geniş dəyirmi masaların, debatların keçirilməsi mümkündürmü?

- Lazım olsa, buna da getmək olar. Ancaq xatırlatmaq istəyirəm ki, biz sözügedən qanun layihəsi ilə bağlı parlamentdə geniş müzakirələr, dinləmələr təşkil etmişdik. Bu müzakirələrdə nəinki millət vəkilləri, həmçinin ölkədə fəaliyyət göstərən qadın cəmiyyətlərinin, bir sıra qeyri-hökumət təşkilatlarının, bəzi beynəlxalq qurumların Azərbaycandakı təmsilçiləri iştirak edirdi. Ancaq belə çıxır ki, bunlar az imiş, deməli, bunlar heç bütün məqamları həll etmirmiş. Görünür, bu yöndə yenidən debatlara, müzakirələrə ehtiyac var. Amma bu yerdə mən mətbuata, kütləvi informasiya vasitələrinə öz təşəkkürümü bildirmək istəyirəm. Məhz onların yaxından iştirakı ilə "Reproduktiv sağlamlıq ailə planlaşdırılması haqqında" qanun layihəsi geniş müzakirə olundu mətbuat, digər kütləvi informasiya vasitələri bu məsələdə obyektiv mövqe nümayiş etdirdi, bizim komissiyanın mövqeyindən çıxış etdi. Sual oluna bilər ki, üçün? Əgər bu gün Azərbaycanda 13 faiz insanın reproduktiv sağlamlığı zəifdirsə, onlar dünyaya uşaq, övlad gətirə bilmirsə, bu, bizi düşündürməlidir, ya yox, bu, bizi narahat etməlidir, ya yox, bu yöndə həyəcan təbili çalınmalıdır, çalınmamalıdır?

Həmin qanun layihəsi müzakirəyə çıxarılandan sonra bizə xeyli zənglər daxil olmağa başladı bu zənglərin ardı bu gün kəsilmir. Həmin insanlar, reproduktiv sağlamlığı yerində olmayan şəxslər bizə zəng edərək bu məsələnin əleyhinə çıxanları kəskin şəkildə tənqid atəşinə tuturlar. Bütün bunları qeyd edərək bir daha bildirmək istəyirəm ki, bu məsələ ilə bağlı danışanda, fikir yürüdən daha ciddi, daha məntiqli danışmaq lazımdır, başqalarının ağrısını, acısını yaşayaraq bunları dilə gətirmək lazımdır.

- Yeri gəlmişkən, bir məsələyə münasibətinizi bilmək istərdik. Bəzən parlamentdə baş verən müzakirələrin mahiyyətini başa düşmək olmur. Qanun layihələri qalır bir tərəfdə, tamam başqa məsələlərdən, daha çox da xırda, məişət xarakterli məsələlərdən söhbət açılır. Siz uzun müddətli deputatlıq təcrübəsi olan bir parlamentari kimi bu haqda fikirdəsiniz?

- Bəli, bu məsələ bir çoxları kimi, məni narahat edir. Bu cür müzakirələr, əslində, parlamentin səmərəliliyini, faydalılıq əmsalını aşağı salır. Bununla belə, bir məsələni vurğulamaq lazımdır ki, parlament 125 fərdin, 125 xarakterin, 125 fərqli elmi, siyasi, ədəbi dünyagörüşlü insanların toplandığı bir yerdir. Parlament Azərbaycan cəmiyyətinin bütün təbəqələrini ehtiva edən bir qurumdur. Demək istəyirəm ki, parlamentdə debatların, fikir mübadilələrinin, müzakirələrin olması lazımlıdır başa düşüləndir. Ancaq bununla yanaşı, yuxarıda qeyd etdiyim kimi, yersiz, mənasız, səbəbsiz debatlar parlamentin fəaliyyətinin aşağı düşməsinə səbəb olur. Bizə əslində, ağıllı, məzmunlu debatlar, müzakirələr lazımdır. Bu gün parlamentin ağıllı debatlara ehtiyacı var. Elə millət vəkili var ki, qanun layihəsini yaxşı oxumur, lakin aqressiv tonda çıxış edir, sonra da məcbur qalıb başa salmalı olursan ki, ay qardaş, get, filan səhifəni dərindən oxu, sonra gəl sual ver. Bu baxımdan hesab edirəm ki, parlamentdə konstruktiv müzakirələr vacibdir.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.-2009.-11 fevral.-S.5.