Özümüzü kəsən qılınc"ın Türkiyə təntənəsi

 

TÜRKİYƏLİ TAMAŞAÇILAR BƏXTİYAR VAHABZADƏ YARADICILIĞINA BÖYÜK RƏĞBƏTLƏ YANAŞIBLAR

 

Xəbər verildiyi kimi, Azərbaycan Akademik Milli Dram Teatrı bu günlərdə Türkiyədə qastrol səfərində olub. Teatr türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşası ilə orada böyük coşqu yaradıb. Quruluşçu rejissoru xalq artisti Ağakişi Kazımov, bəstəkarı Cavanşir Quliyev olan bu uğurlu səhnə əsəri türklərin qədim Göytürk dövlətinin yaranmasından və fəaliyyətindən bəhs edir. Ustad Bəxtiyar Vahabzadə əsərində bir daha sübut edir: nə qədər ki, öz qılıncımız düşməni deyil, özümüzü kəsəcək, türk böyük ola bilməyəcək. Türkün gücü, türkün böyüklüyü onun birliyindədir! Budur əsərin başlıca dəyəri və milli mahiyyəti. Bu çağırış, təbii ki, Türkiyədə böyük rəğbətlə qarşılanmalı idi və belə də olub.

Akademik Milli Dram Teatrının aktyor heyəti tamaşanın səhnə qoyuluşunun öhdəsindən layiqincə gəlib və Türkiyənin Kayseri, Ankara şəhərlərində böyük tamaşaçı auditoriyası qarşısında məharətini, eyni zamanda Bəxtiyar Vahabzadənin söz-sənət gücünü göstərib.

Diqqəti çəkən həm də budur ki, hər tamaşadan qabaq ustad Bəxtiyar Vahabzadənin çıxışı yazılmış videolent tamaşaçılara təqdim olunub. Bu lentdə ustad şair onu dinləyən türk tamaşaçılarına birbaşa müraciət edib. Şair müraciətində səhhəti ilə bağlı Türkiyəyə gedə bilmədiyini, lakin qəlbən, ruhən onlarla birgə olduğunu söyləyib, bütün türklərə sevgilərinin çatdırılmasını xahiş edib. Bəxtiyar Vahabzadənin bu çıxışı ayaqüstə alqışlarla qarşılanıb.

Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadov bu səfər zamanı məhz Bəxtiyar Vahabzadə yaradıcılığına müraciət etmələrinin sözügedən əsərin türkiyəli tamaşaçılara təqdim olunmasının səbəbləri barədə danışarkən deyib: "Biz repertuarımızda olan 30 tamaşadan 5-ni türkdilli respublikalara dövlətlərə disk şəklində göndərmişdik. Yəni seçimi onların öhdəsinə buraxmışdıq. Hansı tamaşanı seçsələr, bizə məlumat verəcəkdilər biz bu dəvətləri qəbul edəcəkdik. İnternetdə belə bir məlumat oxuduq ki, Kayserinin böyük şəhər bələdiyyəsi başkanı Mehmet bəydən soruşublar, bu ili necə başlamaq istəyirsiniz? O da belə cavab verib: "Arzumuz budur ki, Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşası ilə öz yeni mədəniyyət işlərimizi quraq". Biz buna əsaslanaraq oraya faks göndərdik ki, bizim repertuarımızda Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" "Fəryad" tamaşaları var. Türkiyə tərəfi "Özümüzü kəsən qılınc" əsərini seçdiyini bildirdi".

M.Bünyadov deyib ki, Türkiyəyə getməmişdən əvvəl Bəxtiyar Vahabzadənin evində olublar onun əsərini qardaş ölkədə nümayiş etdirəcəklərini bildiriblər: "Həmin görüş zamanı söylədiyi fikirləri lentə alınan Bəxtiyar müəllim türkiyəli tamaşaçılara ona göstərdikləri sevgi sayğılara görə minnətdarlığını bildirdi. Şair qeyd etdi ki, bu əsərlə mən sizin yanınızdayam bu əsərin arxasında mən dayanıram, teatrın kollektivi dayanır. Bu müraciəti orada, özü hər tamaşadan qabaq səsləndirdik Bəxtiyar müəllimin çıxışı hər dəfə alqışlarla qarşılandı. Mən bir daha əmin oldum ki, Bəxtiyar Vahabzadə türk dünyasının əvəzedilməz ustad şairidir".

Teatr direktorunun sözlərinə görə, türkiyəli tamaşaçılar B.Vahabzadənin poeziyasına böyük maraq göstərdikləri üçün onların xahişilə aktyorlar Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, İradə Ağasıbəyli, Hacı İsmayılov başqaları şairin şeirlərini söyləyiblər. Mərasim əslində Bəxtiyar Vahabzadə poeziyasının təntənəsinə çevrilib: "Tədbirin iştirakçıları olan Kayseri bələdiyyəsinin başqanı, mədəniyyət müşaviri digərləri dərin heyrət sevinc içindəydilər. Bir sözlə, budəfəki səfərimiz Bəxtiyar Vahabzadə qələminin qüdrətinin daha bir nümayişi, onun zəngin yaradıcılığının növbəti zəfəri oldu".

 

MƏMMƏDLİ E.

 

525-ci qəzet.-2009.-13 fevral.-S.7.