Qadın, gözəllik incəsənət" adlı fotomüsabiqə elan olunub

 

Gənclər İdman Nazirliyinin təşkilatçılığı, Fotoqraflar Birliyinin təşkilati dəstəyilə gənclər arasında 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunan "Qadın, gözəllik incəsənət" fotomüsabiqəsinə start verilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd 8 mart Beynəlxalq Qadınlar gününün yaradıcı gənclər arasında qeyd olunması, gənclər arasında "qadın", "gözəllik" "incəsənət" kimi anlayışların qarşılıqlı-əlaqəli şəkildə təbliğinin genişləndirilməsidir. Bununla yanaşı, gənclərin qadına hörmət ruhunda tərbiyəsinin yüksəldilməsi, gənclər arasında foto sənətinə marağın artırılması, incəsənətin bu sahəsində yeni istedadların aşkar edilməsi, gənc fotoqrafların yaradıcılıq fəaliyyətinin inkişafı, yeni yaradıcılıq axtarışlarının stimullaşdırılması da mühüm məqsədlər kimi qarşıya qoyulub. Müsabiqədə yaşı 14-29 arasında olan gənclər iştirak edə bilərlər. Yarışmaya qatılmaq istəyən gənclər şəxsiyyəti təsdiqləyən sənədin surətini, "Qadın, gözəllik incəsənət" mövzusunda rəngli ya ağ-qara fotoşəkilləri (hər iştirakçı üçün sayı 5-dən artıq olmamaq şərti ilə) fevralın 25-dək Təşkilat Komitəsinə təqdim etməlidirlər. Nazirlikdən bildirilir ki, müsabiqə qaliblərinin müəyyənləşdirilməsi üçün əlaqədar dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, yaradıcılıq ittifaqlarının nümayəndələrindən, müstəqil ekspertlərdən ibarət, tərkibi Gənclər İdman Nazirliyi tərəfindən təsdiqlənən münsiflər heyəti yaradılıb. Qaliblərin müəyyənləşdirilməsi fotonun keyfiyyəti, yaradıcılıq ideyasının orijinallığı bədii ifası, mövzuya uyğunluğu meyarlarına əsasən bal sistemi ilə həyata keçiriləcək. Müsabiqə qalibləri Gənclər İdman Nazirliyi tərəfindən təsis edilən mükafatlar, qiymətli hədiyyə fəxri fərmanlarla təltif olunacaqlar. Müsabiqənin nəticələri və qaliblərin mükafatlandırılması martın 9-da keçiriləcək yekun sərgidə elan olunacaq.

 

 

QARAYEVA S.

 

525-ci qəzet.-2009.-13 fevral.-S.7.