Niyə qorxum kəfənindən? Nə
gördüm Beşiyindən,
bələyindən dünyanın?
Azərbaycan
poetik dünyasının böyük şairi, mənəvi xəritəmizə
əbədi həkk olunan Bəxtiyar Vahabzadə sözü
zaman və məkan çərçivələrini
aşaraq, nəsillərdən nəsillərə keçəcək.
Bütün ömrünü millətinin yolunda şam kimi əridən,
xalqının ən ağır günlərində onun vicdan
səsi olan şairin sözü bugünümüzdən sabahımıza
daima işıq tutacaq.
Söz
ölməzdi. Deməli, Azərbaycan xalqı və Azərbaycan
dili var olduqca Bəxtiyar Vahabzadə də həmişə
bizlərlə olacaq.
Axı dünya fırlanır
Vaxtın dəyirmanında
daş əridi, qum oldu,
Tarixə
atdığıımız qayıtdı, lüzum oldu.
Dünənin
həqiqəti bu gün tərs yozum oldu,
Niyə də
yozulmasın, axı, dünya fırlanır.
Çox
ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan
arzumu mən artıq cilovladım.
Mən
atamı ötmüşəm, məni ötür
övladım,
Bu, belə də
olmalı, axı, dünya fırlanır.
Dünən
düz sandığımı bu gün əyri sanıram.
Bəzən
olur, özümdən özüm oğurlanıram.
Hər il
başqa arzunun başına fırlanıram,
Niyə də
fırlanmayım, axı, dünya fırlanır...
Çox əyilən
görmüşəm, əyilməyən başları.
Sular duruldu,
gördük dibindəki daşları
Ünvanmı
dəyişdi dünənin alqışları;
Niyə də
dəyişməsin, axı, dünya fırlanır...
Necə
dönür bu dövran, necə dönür bu gərdiş,
Tazıların
üstünə dovşanlar da gülərmiş.
Dünya bina
olandan hər şey dəyişilərmiş,
Dəyişməsin
neyləsin, axı, dünya fırlanır.
Əbədini
dünyada mən əbədi sanmadım,
Bir atəşə
tutuşdum, min atəşə yanmadım,
Bütlər
gəldi və getdi, birinə inanmadım
Niyə
inanmalıyam, axı, dünya fırlanır.
Fırlandıqca
bu dünya, yox da dönüb var olur,
Quruyan
çeşmələrdən sular yenə car olur.
Bu
dünyanm xeyri də, şəri də təkrar olur,
Niyə təkrar
olmasın? Axı, dünya fırlanır.
Min-min illər
bu dünya beləcə fırlansa da,
Bir yuvanın
bülbülü min budağa qonsa da,
Aylar, illər,
fəsillər bir-birini dansa da,
Dəyişməzdir
əqidəm, çox da dünya fırlanır,
Nə qədər
istəyirsə, min o qədər fırlana,
Qarşıma
gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk
istəyir lap dolana tərsinə,
Əqidəmi
heç nəyə dəyişmərəm mən yenə.
Qorxu
Mənim sol əlimdə
yanıq yeri var,
O mənə
töhfədir körpəliyimdən.
Odun
odluğundan xəbərsiz vaxtlar
Əlimi
manqalda yandırmışam mən.
Mənə
"cız" dedilər,
Ancaq
qorxmadım.
əlimi
yandırıb tanıdım odu.
Mənim həyat
ilə ilk tanışlığım
əlimi
yandıran oddan başladı...
Oxşadı
gözümü hələ uşaqkən
Ocağın
al-əlvan alovu, közü
Dünyaya gələli,
bilmirəm nədən
Nəyə
vurulduqsa, yandırdı bizi...
Mən oddan
qorxmadım yanana qədər;
Mən qorxu
bilmədim qanana qədər.
Elə ki,
yandım,
Odla oynamaqdan
qorxdum, dayandım.
Başlandı
qorxu-
Başlandı
ehtiyat-
Başlandı
həyat...
İki kor
Bir kor
tanıyıram, gözü korsa da, özü kor deyil.
Bəzən
qəm odunda qovrulursa da,
Ağlına,
hissinə o nankor deyil.
Gecəli-gündüzlü
yazır, oxuyur,
Ağlımın
gözüylə o görür, duyur.
Ancaq... biri də
var... kor deyilsə də,
gözü
görməyir.
Dostu göz
önündə öldürülsə də,
görmədim
deyir...
Yaxşıya
ortaqdır, yamanı görmür,
O, saata
baxır, zamanı görmür.
Fikrini, hissini
ucadan deməz,
bəzən
gördüyünü görmək istəməz.
Gözləri
görməyən kor deyil hələ,
Görmək
istəməyən kordur, deyərdim.
Belə
müqəvvaya, belə cahilə
Həyatın
özü də gordur, deyərdim.
Dünyanın...
Baş
çıxarmaq həm çətindir, həm asan
İblisindən,
mələyindən dünyanın.
Adəm
satdı bir buğdaya cənnəti,
Tora
düşdü kələyindən dünyanın.
Nə gözəldir,
ürək geniş, söz açıq,
Yaşamadım
bir sevdamı yarımçıq.
Əzab
adlı dəyirmandan narın çıx,
Keçəcəksən
ələyindən dünyanın.
Arzum
üçün mələyən bir cüyürdüm,
O təpədən
bu təpəyə yüyürdüm.
Niyə qorxum
kəfənindən?
Nə
gördüm
Beşiyindən,
bələyindən dünyanın?
Ey Bəxtiyar,
zaman ömrü əridər,
Ölümümüz
axan vaxta borc ödər.
Arxasınca
palaz kimi sürüdər
Bərk
yapışsan ətəyindən dünyanın.
Tənha məzar
1918-ci ildə
erməni basqınına məruz qalmış Azərbaycana
köməyə gələn türk ordusunun zabiti şücaətlə
döyüsmüş, Şamaxı ətrafında erməni
gülləsinə tuş gəlmişdir. 0, öz, arzusu ilə
yaralandığı yerdə də dəfn olunmuşdur.
Yolun kənarında
tənha bir məzar
Üstündə
nə adı, nə soyadı var.
Ey yolçu,
masını əylə bu yerdə
Soruş
kimdir yatan tənha qəbirdə?
O, bir türk
zabiti, qəhrəman, mətin!
Doğma
qardaşına yardıma gəldi.
Qırğına
tutulan millətimizin
Haqlı
savaşına yardıma gəldi.
Uzaqdan hay
verib sənin səsinə,
Gəldi,
qayıtmadı öz ölkəsinə.
Düşmən
səflərini o, soldan sağa
Biçib dəstəsiylə
cəbhəni yardı.
Torpağın
yolunda düşüb torpağa
Sənin
torpağını sənə qaytardı.
Özü
qoruduğu, həm can verdiyi
Yolun kənarında
dəfn edildi o.
Uğrunda
canını qurban verdiyi
Torpağı
özünə vətən bildi o.
Yolçu,
masınını bu yerdə əylə
O məzar
önündə sən təzim eylə.
Səcdə qıl,
dua ver onun
ruhuna
Ayaq basdığın
yer borcludur ona.
Allah
("Fəryad" pyesindən parça)
İdrakda yol açmış gecədən
gündüzə Allah,
Güldürməsən öz
könlünü, gülməz
üzə Allah,
Dünyaya şəfəqlər
kimi, Tanrım səpələnmiş,
Qəlbin gözü
yanmazsa, görünməz
gözə Allah.
Allah
bilirik cismi deyil. Bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdədir
Allah,
Dondunsa təkamül
və gözəllik qabağında,
Dərk et,
bu təəcübdə,
bu heyrətdədir
Allah.
Bildik, bilirik
gizlidir insandakı qüdrət,
Hər-kəs onu
fəhm etməsə,
acizdir o əlbət,
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir
Allah.
Gerçək də
budur, gizlidir hər zərrədə vəhdəd,
Bir zərrə
içən, küllə
qovuşmaq ulu niyyən,
Gördüklərimiz zahiridir,
bətnə nüfuz et,
Batildəki, cövhərdəki
fitrətdədir Allah.
Fitrət əd
yatır sözdə
- sözün öz yükü fikrin,
Seçmiş, seçəcək
daima tükdən tükü fikrim,
Mən bir
ağacam - yarpağı
sözlər, kökü
- fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.
İnsan, təpədən
dırnağa sən arzu-diləksən,
Nəfsində doyumsuz,
fəqət eşqində
mələksən,
Zülmün üzünə
haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir
Allah.
Cahil enər alçaqlığa, öz
qəlbinə yenməz,
Vicdandan əgər
dönsə də, xeyrindən o dönməz,
Zülmətdə, cəhalətdə,
ədalətdə görünməz,
İlqarda, sədaqətdə,
məhəbbətdədir Allah.
Bəxtiyar VAHABZADƏ
525-ci qəzet.- 2009.- 14 fevral.- S 22.