Ofelya Aslan
70 illiyilə bağlı
təltif olunub
Mədəniyyət və Turizm Nazirliyi Dövlət Musiqili Komediya Teatrının aktrisası, tanınmış
sənətçi, prezident
təqaüdçüsü Ofelya Aslanı 70 illik yubileyilə əlaqədar, teatr sahəsindəki xidmətlərinə
görə mükafatlandırıb.
Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat
verilib.
Bir müddət Dövlət
Gənc Tamaşaçılar
Teatrında çalışmış
aktrisa 1963-cü ildən
Dövlət Musiqili Komediya Teatrında xor artisti kimi
fəaliyyətə başlayıb. Ofeliya Aslan
Azərbaycan Dövlət
İncəsənət İnstitutunun
"Musiqili komediya aktyorluğu" fakültəsini
bitirib, tanınmış
aktrisanın ilk yaddaqalan
rolu "Durna" komediyasında Lalə obrazı olub. Dəyərli sənətçi
"Beş manatlıq
gəlin" tamaşasında
Gülnaz, "Hicran"da
Çarliston, "Arşın
mal alan"da Telli,
"Bankir adaxlı"da
Səmayə, "Axırı
yaxşı olar"da
Dilbər və başqa rolların öhdəsindən bacarıqla
gəlib. Eləcə
də bir neçə ekran əsərində - "Yol
əhvalatı", "Aktrisanın
təbəssümü", "Xoşbəxtlik qayğıları",
"Adı sənin, dadı mənim",
"Evləri köndələn
yar", "Ayrılıq
imiş" kimi filmlərdə və teletamaşalarda yaddaqalan obrazlar yaradıb.
Hazırda Musiqili Komediya Teatrında yaradıcılıq
fəaliyyətini davam
etdirən aktrisa teatrın truppası ilə birlikdə MDB-nin müxtəlif şəhərlərində qastrol
səfərlərində olub. O, Rauf Hacıyevin Moskvanın
Operetta Teatrında tamaşaya
qoyulmuş "Mama, ya
jenyus" tamaşasında
Bibixanım rolunda uğurla çıxış
edib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.-
fevral.- S.7.