Yazıçı-publisist Yusif Əhmədovun 70 illiyi qeyd edilib

 

Tanınmış yazıçı-publisist Yusif Əhmədovun 70 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. Tədbir Yazıçılar Birliyi (AYB) Yeni Yazarlar Sənətçilər Qurumunun (YYSQ) birgə təşkilatçılığı ilə baş tutub. Bu barədə məlumat verən AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu bildirib ki, tədbirdə çıxış edən professor Nizaməddin Şəmsizadə Yusif Əhmədovun əsərlərinin bədii dəyərindən söz açıb onların məziyyətlərini qeyd edib.

Şair-publisist Ramiz Məmmədzadə Y.Əhmədov haqqında dəyərli əsərlər müəllifi olmaqla bərabər, yüksək insani keyfiyyətlərə malik şəxsiyyət kimi söz açıb.

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı yubilyarın əsərlərinin gənc nəslin təlim-tərbiyəsi baxımından ciddi əhəmiyyət daşıdığını vurğulayıb.

Professor Qəzənfər Paşayev qələm dostunun ədəbiyyatımızdakı xidmətlərindən bəhs edib.

YYSQ-nin sədri kulturoloq Aydın Xan yazıçının "Ələkeçməzlər" çağdaş detektiv romanı haqqında fikirlərini bölüşüb: "Yazıçı əsəri oxunaqlı dildə, özünəməxsus ədəbi-estetik üslubda qələmə alıb. Romanda şər qüvvələrə qarşı hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı qızğın mübarizə öz əksini tapıb. Lakin yazıçı bu detektivi ilə həm göstərib ki, yaşadığımız cəmiyyətin şərə müqaviməti heç həmişə uğur qazanmır".

Tədbirin sonunda yubilyar qələm dostlarına qonaqlara yaradıcılığı haqqında söylənilən xoş sözlərə ona ünvanlanan səmimi arzulara görə minnətdarlığını bildirib.
   

 

Sevinc Mürvətqızı

 

525-ci qəzet.- 2009.- 21 fevral.- S.26.