Naxçıvanksi adına Hərbi Liseydə ədəbi görüş
təşkil edilib
Azərbaycan
Yazıçılar Birliyinin Ədəbiyyatı Təbliğ
və Müəllif Hüquqları Bürosu bugünlərdə
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə
şair Nazim Əhmədli və şairə Fərqanə
Mehdiyeva ilə görüş keçirib. Zabit heyətinin və
tələbələrin iştirak etdiyi tədbiri Hərbi
Litseyin tərbiyəvi işlər üzrə bölmə rəisi,
polkovnik-leytenant Elşad Əliyev açaraq, gənclərin
milli mənəvi tərbiyəsində ədəbiyyatın
danılmaz rolu olduğunu vurğulayıb.
Büronun
direktoru, şair Nazim Əhmədli müasir Azərbaycan ədəbiyyatından,
çağdaş poeziyanın inkişaf meyllərindən
danışıb. Şair son illər Azərbaycan
torpaqlarına erməni işğalçılarının təcavüzü
haqqında, Qarabağ mövzusunda xeyli əsərlər
yazıldığını vurğulayıb. Liseyin
müdavimlərinin gələcəyin zabitləri, Vətənimizin
müdafiəçiləri və ədəbi əsərlərin
qəhrəmanları olduğunu diqqətə
çatdıran N.Əhmədli yeni şeirlərini səsləndirib.
"Ulduz" jurnalının əməkdaşı şairə
Fərqanə Mehdiyeva da ədəbiyyatın inkişafı
barədə fikirlərini söyləyib. Daha sonra şairlər
tələbələrin onlara ünvanladıqları
sualları cavablandırıblar. Tədbirin sonunda hər iki
şairə Hərbi Litseyinin rəhbərliyi tərəfindən
fəxri fərman təqdim edilib.
ARİFƏ
525-ci qəzet.- 2009.- 21 fevral.- S.26.