Azərbaycandan Gürcüstana kitab kolleksiyası göndərilib

 

Mədəniyyət Turizm Nazirliyi tərəfindən Gürcüstan Milli Parlament Kitabxanasına, Tbilisi Dövlət Universitetinə, Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə, Azərbaycan məktəblərinə, cəzaçəkmə müəssisələrinə xeyli sayda çap məhsulu göndərilib. Bunlar Azərbaycanın zəngin mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənəti, müasir xarici siyasəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə ümummilli lider Heydər Əliyev, prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında kitab kolleksiyalarından, elektron nəşr və filmlərdir. Nazirlikdən verilən məlumata görə, kolleksiyaya "Heydər Əliyev mədəniyyət", Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət Zaman", "Prezident İlham Əliyev mədəniyyət (2003-2008)", "Mədəniyyətimizin mədəni incilərimizin hamisi", Əli Eyvazovun "Humanizm xeyirxahlıq missiyası", Əziz Ələkbərlinin "Qərbi Azərbaycan abidələri", "Erməni terroru", "Muğam", "The tragedy of Khodjaly", "Armenian Terrorism" başqaları daxildir.

Sözügedən kitabxanalara "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli prezident sərəncamı əsasında nəfis şəkildə nəşr olunmuş Azərbaycan və dünya klassiklərinin əsərləri də göndərilib. Göndərilən kolleksiyalar əsasında Gürcüstan Milli Parlament Kitabxanasında Azərbaycan fondu və Azərbaycan guşəsi yaradılacaq.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 24 fevral.- S.7.