"Göygöl"
ansamblı 40 yaşını
tamamladı
Gəncə şəhərində
Göygöl Dövlət
Mahnı və Rəqs ansamblının
40 illik yubileyi qeyd olunub. Ansambldan verilən məlumata görə yubiley tədbiri ansamblın kollektivinin Heydər Əliyevin abidəsini ziyarət etməsi ilə başlayıb. Daha sonra tədbirdə xalq artisti Şahnaz
Haşımova Göygöl
Mahnı və Rəqs ansamblının yaradılma tarixindən bəhs edib: " Ansambl 1969-cu ildə əməkdar artist, tarzən Fikrət Verdiyevin rəhbərliyi ilə yaradılıb. 40 il ərzində ansambl xalqın rəğbətini qazanıb,
alqışlarla mükafatlandırılıb.
Ansamblın qazandığı
uğurlar təkcə
ölkə sərhədləri
ilə məhdudlaşmayıb.
Ansamblımız
Türkiyə, ABŞ, Kanada, Almaniya, Macarıstan kimi
dünyanın bir çox ölkəsində qastrol səfərlərində
olub, Azərbaycan mədəniyyətini layiqincə təmsil
edib və uğur qazanıb".
Xalq artisti həmçinin
ötən il yaradıcı kollektivin qonşu
Gürcüstanda verdiyi konsertdən söz açıb: "
Ansamblımızın çıxışı həm
soydaşlarımız, həm də qonşu xalq tərəfindən
alqışlarla qarşılanıb". Ş.
Haşımova bu il yaradıcı üçün heyətin
Dağıstana səfərinin nəzərdə tutulduğunu
qeyd edib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-2009.- 26 fevral.-S.7.