Soyqırımı əks etdirən əsərlər
sərgilənib
Mədəniyyət və Turizm Nazirliyinin İçərişəhərdəki Bədii Sərgi Salonunda Xocalı faciəsilə bağlı rəsm əsərlərinin sərgisi təşkil olunub. Sərginin açılışında Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Leyla Axundzadə, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Dövlət Rəsm Qalereyasının müdiri Arif İbrahimov və başqaları iştirak ediblər. İncəsənət Muzeyi və Dövlət Rəsm Qalereyasının fondlarında saxlanılan, Nazim Məmmədov, Sara Manafova, Namiq Zeynalov, Rafiq Heydərzadənin yaratdıqları 60-dan çox əsər bu sərgidə nümayiş olunub. Sərgidə heykəltəraş Xanlar Əhmədzadənin kiçik heykəltəraşlıq nümunələri də yer alıb.
ARİFƏ