"Almaniya - səyahətlər ölkəsi" adlı fotosərgi açılıb

 

Azərbaycan Turizm İnstitutunda Almaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə fotosərgi açılıb. "Almaniya - səyahətlər ölkəsi" adlı fotosərginin açılışında ATİ-nin xarici dillər kafedrasının müdiri Kifayət Ağayeva iki ölkə arasındakı dostluq münasibətlərindən institutun Almaniya universtitetləri ilə əməkdaşlığından danışıb.

Almaniyanın ölkəmizdəki səfirliyinin birinci katibi Robert Zessner belə sərgilərin keçirilməsinin tarix, mədəniyyət və adət-ənənələri təbliğ etməklə yanaşı, tələbələrdə bu ölkə haqqında təsəvvür yaradılması baxımından əhəmiyyətli olduğunu bildirib.

Tədbirdə Almaniyanın memarlıq, incəsənət, turizm və digər sahələrini əks etdirən 25 əsər sərgilənib, "Bura Almaniyadır" adlı film də bu tədbir çərçivəsində nümayiş olunub.

  

 

ARİFƏ

 

525-ci qəzet.- 2009.- 26 fevral.- S.7.