Xocalı soyqırımı
qurbanlarını kitabxanaçılar
da yad ediblər
Gəncə şəhər Mərkəzi
Kitabxanasında 26 fevral
Xocalı soyqırımına
həsr olunmuş
"Bir gecənin qanla yaşanmış tarixi" adlı anım mərasimi keçirilib. Anım mərasimini giriş
sözü ilə açan Gəncə şəhər mərkəzi
kitabxanasının direktoru
Elmira Əliyeva Xocalı faciəsi və onun acı
nəticələri haqqında
danışaraq öz
çıxışında ümummilli lider Heydər Əliyevin "Azərbaycan xalqına qarşı yönəldilmiş
Xocalı soyqırımı
öz ağlasığmaz qəddarlığı
və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır" fikrinə
istinad edib. Bu soyqırımın bütün bəşəriyyətə
qarşı tarixi bir cinayət olduğunu qeyd edən E.Əliyeva Xocalı faciəsinin mahiyyətinin bütün
dünya xalqlarına çatdırılmasının vacibliyini dilə gətirib.
Tədbirdə Xocalı
faciəsinə həsr olunmuş şeirlər səsləndirilib,
Gəncə uşaq rəssamlıq məktəbi şagirdlərinin
və 2 saylı orta məktəbin 5-ci sinif şagirdi Ruslan Dəmirovun
soyqırıma aid rəsmləri sərgilənib.
Sonda Heydər Əliyev
Fondu ilə Gənclər və İdman Nazirliyinin birgə
hazırladığı "Ermənisayağı həqiqətlər
və ya qondarma erməni soyqırımı" adlı film
nümayiş etdirilib.
Gəncə, Şəki,
Şirvan, Neftçala, Xaçmaz kitabxanalarında da
Xocalı soyqırımı ilə əlaqədar tədbirlər
keçirilib. Tədbirlərin iştirakçıları
Xocalı faciəsinin tariximizin ən qanlı səhifələrindən
olduğu, erməni quldurların xalqımızın
başına gətirdikləri müsibətlərin
unudulmamasının, bütün dünyada geniş təbliğinin
zəruriliyi vurğulanıb.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-2009.- 27 fevral.-S.7.