Oksfordda Azərbaycanla bağlı konfrans təşkil edilib

 

Böyük Britaniyanın Oksford Universitetində "Azərbaycan Şərqlə Qərbin Qovuşuğunda" adlı konfrans keçirilib. Tədbir Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, Azərbaycan Diplomatik Akademiyası Oksford-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Gənclər İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, konfransda Britaniyanın müxtəlif universitetlərində region üzrə ixtisaslaşan mütəxəssislər, professorlar, oradakı Azərbaycan gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Azərbaycanın Böyük-Britaniya Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov iki dövlət arasında əlaqələrin bütün sahələr üzrə genişləndiyini vurğulayıb. O, Azərbaycanda gedən proseslər, xarici siyasətin əsas istiqamətləri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. F.Qurbanov Ermənistan-Azərbaycan münaqişəsinin bölgədə sülh tərəqqinin bərqərar olunması yolunda əsas maneəyə çevrildiyini bildirib. Səfir münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların səmərə verəcəyinə ümid bəslənildiyini söyləyib. Konfransda əsas məruzəçi qismində Azərbaycan Diplomatik Akademiyasının tanınmış tədqiqatçı-mütəxəssisi Brenda Şaffer, Fuad Əliyev, Böyük Britaniyanın "LİNKS" qeyri-hökumət təşkilatının nümayəndəsi Dennis Sammut tanınmış jurnalist, Cənubi Qafqaz üzrə ekspert Tomas de Vaal çıxış ediblər. Onlar Azərbaycanın həyata keçirdiyi uğurlu, tarazlaşdırılmış xarici siyasətin davam etdirilməsinin zəruriliyini vurğulayıb, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasının bütövlükdə region üçün əsas təhdid olduğunu bildiriblər. Azərbaycanın Avropanın enerji təchizatında rolunun getdikcə artdığı, eləcə həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkənin regionda liderə çevrildiyi konfransda xüsusi qeyd edilib.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2009.- 28 fevral.- S.3.