Milli Dram Teatrının
Türkiyə qastrolu maraqlı keçib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyənin dörd şəhərində qastrol
səfərində olub.
Direktor Maqbet Bünyadovun verdiyi məlumata görə, teatrın tarixində yeni mərhələ təşkil edən və son iki ildə baş tutan bu qastrol
səfərləri zamanı
Azərbaycan səhnə
sənətinin tarixi və nailiyyətləri haqqında Türkiyə teatrsevərlərinə geniş
bilgi verilib: "Onlar repertuarımızdakı
ən uğurlu tamaşalarla tanış olublar. Türkiyənin müxtəlif mərkəz
şəhərlərində və vilayətlərində
nümayiş etdirdiyimiz
tamaşalar yaddaqalan və əlamətdar keçib, iki qardaş ölkə arasındakı mədəni
əlaqələrin inkişafına
əhəmiyyətli töhfə
olub". Direktor 136-cı teatr mövsümünün
sonuncu qastrol səfərinin xüsusilə
uğurlu keçdiyini
vurğulayıb. O deyib
ki, kollektiv Türkiyədəki iki önəmli tədbirdə
-Tarsus şəhərində dövlət
səviyyəsində keçirilən
"III Türk Dünyasının
Teatr Günləri"ndə
və "Türksoy"un Karaman şəhər Bələdiyyəsi
ilə birgə keçirdikləri "Türk
Dil Bayramı" çərçivəsində baş tutan mərasimdə iştirak edib. Sonuncu tədbirə Türkiyə
prezidenti Abdullah Gül
və hökumət nümayəndələri də
qatılıblar. Qastrolda rejissor
Ağakişi Kazımovun
quruluşunda səhnə
həllini tapan B.Vahabzadənin "Özümüzü
kəsən qılınc"
tamaşası türkiyəli
tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
Teatr kollektivinə mükafatlar
və xatirə hədiyyələri təqdim
olunub.
SARA
525-ci qəzet.- 2009.- 1 iyul.- S.7.